Bazar ertəsi , 26 Oktyabr 2026

Hərbi

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb

Prezident İlham Əliyevin 2022-ci ilin noyabrın 26-da imzaladığı sərəncama əsasən Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb. Boyukmillet.com  xəbər verir ki, artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb. Belə ki, 2005-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1988-2004-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Silahlı Qüvvələrində …

Read More »

MN: “Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər və Daşkəsəndəki mövqelərini atəşə tutub”

Dekabrın 29-u axşam saatları və gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Qaraiman yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb. Müdafiə Nazirliyindən …

Read More »

Müdafiə nazirinin müavinləri Laçına gedib, yeni hərbi obyektlər istifadəyə verilib

Azərbaycan Ordusunun maddi-texniki təminatının daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir. Laçın rayonu ərazisində yeni inşa edilən yerləşmə məntəqələri istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, u barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib. Müdafiə nazirinin müavinləri – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları komandanı general-leytenant Ənvər Əfəndiyev Laçında yerləşən bir neçə döyüş mövqeyini və yeni istifadəyə verilmiş …

Read More »

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Şuşada hərbçilərlə görüşüb, tapşırıqlar verib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir neçə hərbi hissələri, o cümlədən Komando hərbi hissəsini ziyarət edib, həmçinin Şuşada xidmət edən hərbi qulluqçularla görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik K.Vəliyev hərbi hissələrdə şəxsi heyət üçün yaradılan şəraitlə tanış olub, döyüş qabiliyyətinin daha da artırılması və döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması barədə …

Read More »

Müdafiə nazirinin müavini Kəlbəcərə gedib, yeni hərbi obyektlər istifadəyə verilib

Müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov Kəlbəcər rayonu ərazisində yeni istifadəyə verilən hərbi infrastruktura baxış keçirib. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Hərbi Polisin tabeliyindəki bölmənin yeni istifadəyə verilmiş yerləşmə məntəqəsi Müdafiə Nazirliyinin inşaat taborunun güc və vasitələri ilə müasir tələblər nəzərə alınmaqla inşa olunub. Yerləşmə məntəqəsindəki qərargah, inzibati və xidməti iş …

Read More »

Gələn ay hərbi xidmətə yollanacaq çağırışçılar xidmət yerləri haqqında məlumatlandırılıb

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycanda 2023-cü ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçıları Silahlı Qüvvələr üzrə xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıb. Bununla yanaşı vətəndaşlar xidmət edəcəkləri qoşun növünü və hərbi hissəni SHXÇDX-nin rəsmi internet saytının “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində tələb …

Read More »

Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib

Türkiyə nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrini ziyarət edib. Ziyarət Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları çərçivəsində baş tutub. Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq …

Read More »

Azad olunan ərazilərdə indiyədək 276 Azərbaycan vətəndaşı minaya düşüb, 46 nəfər həlak olub

“Üçtərəfli Bəyanata zidd olaraq, Ermənistan Azərbaycan ərazisində qeyri-qanuni hərbi fəaliyyətlər həyata keçirərək öz qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalar da daxil olmaqla Azərbaycan ərazisinə çoxlu sayda piyada əleyhinə minalar yerləşdirməyi davam etdirir, bu da yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də mina qurbanlarının sayının artmasına səbəb olur”. Boyukmiillet.com-un xəbərinə görə, bu, Azərbaycan …

Read More »

Zakir Həsənov Ukraynadan Türkiyəyə qayıdan pilotlarla görüşüb

Türkiyədə səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov türkiyəli həmkarı Hulusi Akarla birlikdə Ukraynadan Türkiyəyə qayıdan “A400m” təyyarələrinin pilotları və onların ailələri ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər həmin pilotların ailələrinə hədiyyələr veriblər. Türkiyənin milli müdafiə naziri Hulusi Akar vəzifəni uğurla yerinə yetirən pilotları təbrik edib. Xatırladaq ki, humanitar yardımların …

Read More »

Azad edilən ərazilərdə daha 94 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 94 mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə idə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 579 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »