Heydər Əliyev adına Hərbi İnstitutda yeni qəbul olan kursantların təntənəli andiçmə mərasim keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimdə hərbi institutun rəhbərliyi, Müdafiə Nazirliyinin hərbi qulluqçuları, şəxsi heyət, müəllimlər, valideynlər, eləcə də ictimaiyyət və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Təntənəli marşın sədaları altında Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağı sıra meydanına gətirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi …
Read More »Kəlbəcər və Laçında mövqelərimiz atəşə tutulub
Kəlbəcər və Laçında mövqelərimiz yenidən atəşə tutulub. Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik, Yellicə, Yuxarı Ayrım və Laçın rayonunun Sadınlar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqeləri sentyabrın 10-u gündüz saatlarından 11-i səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Zərkənd və Gorus rayonunun Xəzinəvar yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.Bölmələrimizin adekvat cavab tədbirləri …
Read More »Azərbaycanda hərbi təlimə qatılan Türkiyə aviasiya vasitələri geri qayıdıb
“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Read More »Zakir Həsənov xidməti müşavirə keçirib, Azərbaycan-Ermənistan sərhədindəki mövcud vəziyyət təhlil edilib
Sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Boyukmillet.com xəbər verir ki, müşavirədə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin …
Read More »Müdafiə naziri Azərbaycan Ordusuna istənilən təxribatın qarşısını almağa daima hazır olmağı əmr edib
Azərbaycanın müdafiə naziri Zakir Həsənov orduya istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Zakir Həsənov sentyabrın 10-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə deyib. Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib. Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın …
Read More »Xanlar Vəliyev: “Sülh və insanlıq əleyhinə cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlar”
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər cinayətlər törətmiş şəxslər layiqli cəzalarını alacaqlarına əminəm. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş prokurorunun müavini-Respublikanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən “Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər və onların ağır nəticələri” mövzusunda tədbirdə deyib. O, müxtəlif vaxtlarda xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə, müharibə cinayətlərinə, terrorçuluq …
Read More »Zakir Həsənov general-leytenant Abdullah Katırcı ilə görüşüb
Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentində səlahiyyət müddəti başa çatan general-leytenant Abdullah Katırcını qəbul edib. Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq, dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Müdafiə naziri general-leytenant A.Katırcıya gələcək fəaliyyətində uğurlar arzulayıb. Qeyd edək ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin Türkiyə kontingentinə bundan sonra …
Read More »MN: “Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub”
Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Read More »Türkiyə MN “TurAz Qartalı-2022” təlimi ilə bağlı paylaşım edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) iştirakı ilə ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimi ilə bağlı tviterdə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, müdafiə qurumunun tviter səhifəsində qeyd olunub: “Özümüz bir, sözümüz bir, gücümüz bir. Azərbaycanın ev sahibliyi ilə gerçəkləşdirilən Türkiyə Silahlı Qüvvələri və Azərbaycan Silahlı Qüvvələrinin birgə icra etdiyi “TurAz Qartalı-2022” təlimi planlaşdırıldığı kimi …
Read More »Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb
Azərbaycan Müdafiə Nazirliyi işğaldan azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, ümumilikdə mühəndis-istehkam bölmələri tərəfindən işğaldan azad edilmiş ərazilərdə bu günədək 26 455 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Bildirilib ki, 7558 ədəd piyada əleyhinə, 2342 ədəd tank əleyhinə mina və 9944 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib. Azad edilmiş ərazilərimizdə mühəndis təminatı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
