Bazar ertəsi , 12 Yanvar 2026

Hərbi

Son on gündə Laçın və Kəlbəcərdə 72 mina aşkarlanıb

Laçın və Kəlbəcər rayonları ərazisindəki dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən son on gün ərzində 72 ədəd 2019-cu ildə Ermənistanda istehsal olunan PMN-E növlü piyada əleyhinə və 2 ədəd tank əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Cari ilin sentyabr ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 73 …

Read More »

Azərbaycan MN: “Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub”

Sentyabrın 7-si saat 21:00-dan sentyabrın 8-i saat 04:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Subatan və Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu və Tovuz rayonunun Ağdam yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Azərbaycan Ordusunun …

Read More »

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Birgə taktiki-uçuş təlimi davam edir.

Read More »

Baş Qərargah rəisi Quru Qoşunlarında olub, xidməti müşavirə keçirib

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Quru Qoşunlarında olub.Baş Qərargah rəisi Quru Qoşunlarının idarə heyəti ilə xidməti müşavirə keçirib. Müşavirədə Quru Qoşunlarında görülən işlərin təhlili aparılıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar toplantı iştirakçılarına çatdırılıb. Müdafiə nazirinin birinci müavini döyüş hazırlığının və hərbi qulluqçuların …

Read More »

“TurAz Qartalı-2022” təlimində növbəti uçuşlar icra olunub

Ölkəmizdə keçirilən “TurAz Qartalı-2022” birgə taktiki-uçuş təliminin planına uyğun olaraq növbəti təlim-məşq uçuşları icra olunub. Senariyə əsasən şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınma və yerüstü hədəflərinə havadan zərbə endirmə tapşırıqları hərbi pilotlar tərəfindən uğurla yerinə yetirilib. Birgə taktiki-uçuş təlimi davam edir.

Read More »

“Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin təşkilatçılığı və “Azersun Holding”in dəstəyi ilə “Laçın, sən azadsan!” devizi altında şəhid ailələri və qazilərlə birgə tədbir keçirilib. Yazıçı-jurnalist Gülnarə İsrafil tədbiri açıq elan edib. Boyukmillet.com xəbər verir ki, öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Çıxış edən “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev qonaqları salamlayaraq …

Read More »

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb

Azərbaycan və Almaniya müdafiə nazirlikləri arasında ikitərəfli danışıqlar aparılıb. “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası Federal Müdafiə Nazirliyi arasında 2022-ci il üçün ikitərəfli əməkdaşlıq Proqramı”na uyğun olaraq Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində hər iki qurum arasında danışıqlar keçirilib. Tərəflər iki ölkə arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri …

Read More »

Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Sentyabrın 6-sı saat 19:50-dən 7-si saat 01:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Qarakilsə rayonunun Noravan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Zəylik və Laçın rayonunun Əhmədli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var

Sentyabr ayının 4-də saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İrandan Azərbaycan istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək, havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu ərazidən uzaqlaşmağa cəhd göstərib. Sərhəd zastavası dərhal …

Read More »

Azərbaycanın istehsal etdiyi uzaqdan idarə olunan stabilizə silah sistemi ilk dəfə nümayiş etdirilib

IV Azərbaycan Beynəlxalq Müdafiə (ADEX) Sərgisində ilk dəfə uzaqdan idarə olunan stabilizə silah sistemi nümayiş etdirilir. Boyukmillet.com xəbər verir ki, silah sistemi Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunub. Qeyd edək ki, uzaqdan idarə olunan stabilizə silah sistemi 2021-ci ildə istehsal edilib. Silahın avtomatik hədəfin izlənməsi, avtomatik ballistik hesablama kimi özəllikləri var.

Read More »