Döyüş hazırlığı prosesinin altı aylıq yekun nəticələrinə əsasən Azərbaycan Ordusunun qoşunlarında yoxlamalar keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində keçirilən xidməti müşavirədə yeni tədris dövründə hərbi qulluqçuların peşəkarlığına və qoşunların döyüş hazırlığına diqqət yetirilməsinə, təlimlərin və səhra məşğələlərinin intevsivliyinin artırılmasına, eləcə də bölmələrin döyüşə hazırolma səviyyəsinin yüksək səviyyədə …
Read More »Ermənilər Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində mövqelərini atəşə tutub
İyulun 30-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yenikənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Read More »Zakir Həsənov ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasını əmr edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun qoşunlarına ermənilərin təxribatının qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Nazir əmrini iyulun 30-da Mərkəzi Komanda Məntəqəsində nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirlərinin də cəlb …
Read More »Azərbaycanda müddətli həqiqi hərbi xidmətə iyul çağırışı başa çatıb
Prezident İlham Əliyevin 2022-ci il iyunun 1-də imzaladığı sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Boyukmillet.com xəbər verir ki, sərəncamın icrası təmin edilib və iyul ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2004-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam …
Read More »Azərbaycan Ordusunda yeni tədris dövrünə hazırlıq prosesi davam edir
Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrünə hazırlıq prosesi davam edir. Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, poliqonlar, döyüş texnikaları, şəxsi heyətin silahı və döyüş təchizatı yoxlanılıb. Qeyd edək ki, Ordumuzda tədris prosesi Ali Baş Komandanın tələblərinə, müdafiə nazirinin əmr və …
Read More »Azərbaycan Ordusunun tank heyətlərinin peşəkarlığı artırılır
2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq ümumqoşun poliqonunda Azərbaycan Ordusunun tank heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilib. Tank heyətləri minalanmış sahələri, təbii və süni maneələri dəf etdikdən sonra şərti düşmən hədəflərinin, həmçinin tank əleyhinə vasitələrinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqları uğurla icra ediblər. Məşğələlərdə əsas diqqət tank bölmələrinin döyüş hazırlığının yüksəldilməsinə və heyət üzvlərinin fərdi bacarıqlarının təkmilləşdirilməsinə …
Read More »MN: “Ordumuzun Ermənistanla sərhəddə qarşı tərəfə atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır”.
Read More »MN: “Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır”
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə atəşkəsin pozulması iddialarını təkzib edib. Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin feysbuk səhifəsində yayılan məlumatda bildirilib. “Azərbaycan Ordusunun bölmələrinin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır və həqiqəti əks etdirmir”, – nazirlikdən qeyd olunub.
Read More »Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyada səfərdədir
Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında birgə hərbi fəaliyyətlər planına uyğun olaraq Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “G-121” və “G-129” gözətçi gəmiləri Rusiyada səfərdədir. Hərbi dənizçilərimiz Rusiyanın Xəzər Dəniz Flotilyasının Kaspiysk Limanında təntənəli qarşılanma mərasimi keçirilib. Qeyd edək ki, Azərbaycan HDQ-nin gəmi və şəxsi heyəti bir sıra tədbirlərdə iştirak edəcək.
Read More »“Ordu ilə bağlı “qırmızı cizgi”ni keçmək yolverilməzdir” – RƏY
“Sosial şəbəkələrin mövcudluğu dövründə bəzi məlumatların məxfiliyini qorumaq, dezinformasiyaların qarşısını almaq çox çətindir. Təəssüf ki, bəzi insanlar ordumuzla bağlı hansısa məlumat yayarkən bu işin məsuliyyətini başa düşmürlər”. Kiminsə həbs olunmasının tərəfdarı olmadığını bildirən ekspertin sözlərinə görə, ordu ilə bağlı dezinformasiyalar yayan və yaxud da məxfiliyi pozan şəxslər cəzalandırmalıdır: “Cəza ona görə tətbiq edilməlidir ki, səhvlərini anlasınlar. Kiçik bir ehtiyatsız davranış …
Read More »