hadisə

Xankəndidə avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları martın 4-də Xankəndi şəhərində avtomat və qumbaralar aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə ötən gün Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd tüfəng, 9 ədəd qumbara, 10 alışdırıcı, 45 patron darağı, 1845 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Ötən gün Azərbaycanda 38 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 4-də ölkə ərazisində 38 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 6,6 kiloqrama yaxın heroin, 27,3 kiloqramdan çox marixuana, 3,1 kiloqramdan çox tiryək, 1 kiloqramdan çox metamfetamin, həmçinin 5000 ədəd metadon həbi olub.

Read More »

Gəncədə narkotik satmaqda şübhəli bilinən onlarla şəxs saxlanılıb

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları şəhər ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunması istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirib. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, tədbirlər nəticəsində müxtəlif yollarla ölkə ərazisinə o cümlədən Gəncə şəhərinə gətirilmiş narkotik vasitələri satmaqda və yaymaqda şübhəli bilinən şəxslər saxlanılıb. Baş İdarərinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının daxil …

Read More »

Bakıda Gömrük Akademiyasından iki nəfəri vuraraq öldürməkdə təqsirləndirilən sürücüyə hökm oxunub

Bakıda yük avtomobili ilə Dövlət Gömrük Akademiyasının əməkdaşını və tələbəsini vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazova hökm oxunub. “Report”un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Hökmə əsasən, F.Eyvazov 8 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2022-ci ilin sentyabrında paytaxtın Zabrat-Maştağa yolunda baş verib. Belə ki, Firdovsi …

Read More »

Ötən həftə azad edilmiş ərazilərdə 216 mina zərərsizləşdirilib

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb. Boyukmillet.com-un xəbərinə görə, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 26 fevral-3 mart 2024-cü il tarixi ərzində 59 tank əleyhinə mina, 157 piyada əleyhinə mina, 371 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin 2019,8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək …

Read More »

Mingəçevir xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, vəzifəli şəxslərə cinayət işi açılıb

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında mənimsəmə faktı aşkarlanıb, tibb müəssisəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb. “Report”un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, Mingəçevir Şəhər Prokurorluğunda xəstəxananın vəzifəli şəxsləri barədə araşdırmalara başlanılıb. Nəticədə tibb müəssisəsinin vəzifəli şəxslərinin 2021-ci ilin yanvar ayından 2023-cü ilin oktyabr ayınadək olan dövr ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dövlət büdcəsindən …

Read More »

Xankəndidə narkotik və silah-sursat tapılıb

Polis əməkdaşları Xankəndidə narkotik və silah-sursat aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisində yerləşən qarajların birindən 3,8 kiloqram çəkidə marixuana, həmçinin şəhər ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 1 ədəd pulemyot, 11 tüfəng, 7 ədəd qumbara, 3 alışdırıcı, 25 patron darağı, 1718 ədəd müxtəlif çaplı patron və digər sursatlar …

Read More »

Azərbaycan sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının hərbi qulluqçuları dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşlarını saxlayıblar. Bu barədə DSX-dən məlumat verilib Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətində sərhədi pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları Hamrai Naqibullah Bəsir oğlu, Qurbani Zabedullah Bəhrhək oğlu və Osmani Fazil Əhməd oğlu saxlanılıblar.

Read More »

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, keçirilən əməliyyatlar zamanı rayon sakinləri – Elşən Hüseynov və əvvəllər də analoji cinayət əməlinə görə məhkum olunmuş Səbuhi Cəfərov saxlanılıblar. E.Hüseynovun üzərindən marixuana, S.Cəfərovdan isə heroin aşkar edilərək götürülüb. Araşdırmalar davam …

Read More »

Ağdamda minaya düşən şəxs əməliyyat olunur, vəziyyəti ağırdır

Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Bu barədə “Report”un Qarabağ Bürosuna yaralının yaxınları məlumat verib. Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir. Qeyd edək ki, martın 3 – də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində …

Read More »