Cümə , 26 Aprel 2024

hadisə

Xankəndidə avtomat, pulemyot və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində avtomat, pulemyot və qumbaralar tapıblar. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və …

Read More »

Polis əməkdaşları işğaldan azad olunan ərazidə ehtiyatsızlıqdan həyatlarını itiriblər

Martın 13-də saat 3 radələrində işğaldan azad olunan əraziyə ezam olunan polis əməkdaşları xidməti silahdan ehtiyatsız davranılması nəticəsində həlak olublar. Bu barədə  DİN-in mətbuat xidmətindən bildirilib. Polis nəfərinin xidməti silahdan ehtiyatsız davranması nəticəsində açılan 1 atəşdən polis zabiti, 1982-ci il təvəllüdlü Ramiz İsmayılov, polis nəfəri Abid Mustafazadə xəsarət alıblar. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onlardan biri hadisə yerində, digəri xəstəxanaya aparılarkən …

Read More »

Xankəndidə silah-sursat tapılıb

Polis əməkdaşları Xankəndidə silah-sursat aşkar ediblər. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə Xankəndi şəhəri ərazisindən 8 ədəd müxtəlif markalı avtomat silahı, 30 patron darağı, 3 alışdırıcı, 930 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Həftəsonu ölkə ərazisində 43 kiloqramdan çox narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 9-da və 10-da ölkə ərazisində 43 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 2 kiloqramdan artıq heroin, 37,2 kiloqramdan çox marixuana, 1,2 kiloqrama yaxın tiryək, 2,9 kiloqrama yaxın metamfetamin, həmçinin 452 ədəd metadon həbi …

Read More »

DİN Akif Qurbanovun atasının saxlanmasına aydınlıq gətirib

Daxili İşlər Nazirliyi “Toplum TV” işi üzrə həbs olunan Akif Qurbanovun atasının saxlanması ilə bağlı iddialara münasibət bildirib. Boyukmillet.com-un xəbərinə görə, nazirliyin Mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı bildirib ki, onun saxlanılması istintaq əhəmiyyəti daşıyan mühüm sənədləri evdən çıxararkən olub. Polis əməkdaşları tərəfindən həmin sənədlər ondan götürülərək istintaq materiallarına əlavə edilib. Daha sonra o, sərbəst buraxılıb.

Read More »

Ötən gün vətəndaşlardan avtomat və qumbara götürülüb

Ötən gün vətəndaşlardan 1 ədəd avtomat və 1 ədəd qumbara götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, martın 8-də polis əməkdaşları paytaxt Bakıda və ölkənin ayrı-ayrı rayonlarında 1 alışdırıcı, 4 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı və və 84 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Read More »

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün Xankəndi şəhərində xeyli silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd qumbara, 4 ədəd patron darağı, 1 alışdırıcı, 241 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Xankəndidə avtomat, qumbara və dronlar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, qumbara və dronlar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə martın 6-da Xankəndi şəhəri ərazisindən 3 ədəd dron, 4 ədəd avtomat silahı, 3 ədəd müxtəlif markalı tüfəng, 3 qumbara, 3 ədəd alışdırıcı, 26 ədəd rabitə vasitəsi, 126 patron darağı, 960 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq …

Read More »

Ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb

Azərbaycanda ötən gün 19 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 6-da ümumi çəkisi 19,3 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Read More »

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib

Azərbaycan vətəndaşı terrorçuluğu maliyyələşdirməyə görə həbs edilib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Azərbaycan vətəndaşı Abit Mərdanov Cinayət Məcəlləsinin 214-1-ci maddəsi ilə ittiham olunduğu cinayət əməllərinə görə həbs edilib. A.Mərdanov terrorçuluğu maliyyələşdirmə cinayət əməllərini törətməkdə təqsirləndirilir.

Read More »