hadisə

Bakıda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb

Bakı şəhərinin Binəqədi rayonunda 45 yaşlı qadın liftin qapıları arasında qalaraq ölüb. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi rayon sakini, 1979-cu il təvəllüdlü Aynurə Mehdiyeva yaşadığı binadakı liftin qapıları arasında qalaraq ölüb. Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib

Azərbaycanda saxlanılan Qırğız Respublikasının 4 vətəndaşı ölkələrinə təhvil verilib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Belə ki, Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. Azərbaycan Daxili İşlər Nazirliyi Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək araşdırmalarla həmin …

Read More »

Sosial şəbəkələrdə özünü AzTV-nin “prezident müxbiri” kimi təqdim edən şəxs görün hansı əxlaqı göstərir…-Videofakt

Boyukmillet.com Azinforum.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə özünü Azərbaycan Dövlət Televiziyasının (AzTV) “prezident müxbiri” kimi təqdim edən şəxs peyda olub. Əslində, AzTV-nin əməkdaşı olub, sosial şəbəkələrdən aktiv istifadə etmək bir qəbahət deyil. Ancaq gərək davranışın və əxlaqın elə olsun ki, işlədiyin qurumun adına xələl gətirməyəsən. Özünü Zöhrab Baxşəliyev kimi təqdim edən bu şəxs “Tik-Tok” sosial şəbəkəsində “Nemoy” adlı profildən …

Read More »

DİN əməliyyat keçirib, 6 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları “NARKOTƏLƏ” şərti adı altında martın əvvəlindən bu günə kimi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə 30-a yaxın əməliyyat keçirib. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, 28 nəfər və 2 mütəşəkkil dəstənin üzvü saxlanılıb. Onlardan 13-ü ölkə ərazisində narkotiklərin tədarükü ilə məşğul olan əsas şəxslər …

Read More »

Təcili yardım həkimi çağırışa SƏRXOŞ GƏLDİ – VİDEO

Sosial şəbəkədə yayılan video insanların marağına səbəb olub. Təcili yardım həkimi çağırışa gəlib. Diqqət çəkən məqam isə onun ayaq üstə zorla dayanması olub. Məlum olub ki, tibb işçisi ağır dərəcə sərxoşdur. Kənardan qeydə alınan görüntüdə həkimin yerə yıxıldığı görünür. Rusiyanın teleqram kanallarında yayılan görüntünün Volqoqrad şəhərində çəkildiyi deyilir. Həmin görüntüləri təqdim edirik:

Read More »

Xocalı qatilinin qızı HƏBS OLUNDU

Ermənistanın İstintaq Komitəsi Armavir vilayətinin hakim köməkçisi Naira Qriqoryanın həbs olunduğunu təsdiqləyib. Naira Qriqoryan xüsusilə külli miqdarda dələduzluğa kömək etməkdə ittiham olunub. N.Qriqoryan barəsində həbs qətiimkan tədbiri seçilib. Naira Qriqoryan general Manvel Qriqoryanın qızıdır. Qeyd edək ki, bu, Qriqoryanlar ailəsi ilə bağlı ilk həbs olunma hadisəsi deyil. Bundan əvvəl Naira Qriqoryaın atası, qardaşı və anası da müxtəlif cinayətlərdə ittiham olunub. …

Read More »

Ağcabədi sakinindən 4 kiloqramdan artıq heroin aşkarlanıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları rayon sakinindən 4 kiloqramdan artıq heroin aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə rayon sakini, əvvəllər məhkum olunmuş Sədi Cəfərov saxlanılıb. Həmin şəxsin üzərindən və rayonun Hindarx qəsəbəsindəki evindən 4 kiloqramdan artıq heroin aşkarlanıb. Dindirilmə zamanı S.Cəfərov narkotik vasitəni satış məqsədi ilə Ağcabədi rayonuna gətirdiyini …

Read More »

Beş kq narkotiklə yaxalanmaq ittihamından bəraət aldı: ‘Cinsi orqanıma qədər tok verdilər, ölüb-dirildim…’

Bakının Əmircan qəsəbəsinin sakini Bəxtiyar Ağayev iki ilə yaxındır həbsdə idi. Beş kiloqramdan çox narkotiklə yaxalanıb ittiham olunan 39 yaşlı B.Ağayev Novruz bayramı ərəfəsində bəraət alaraq azadlığa çıxıb. Məhkəmə belə nəticəyə gəlib ki, həmin narkotikin ona aidiyyəti yoxdur, özünün də dediyi kimi, polislər onu şərləyib. Cinayət işinin materiallarında iddia edilir ki, B.Ağayevin narkotik satışı ilə məşğul olması haqda polisə əməliyyat məlumatı gəlib. …

Read More »

Bağanis-Ayrım həqiqətləri: Diri-diri yandırılanlardan biri 39 günlük körpə olub- VİDEO

 Qazaxın Bağanıs-Ayrım kəndi ötən əsrin sonunda ermənilərin Azərbaycan torpaqlarının işğal siyasətinin ilk qurbanı olan bir kənd kimi tarixə düşməklə yanaşı, həm də dünyanın ən böyük dəhşəti və faciəsindən birinin yaşandığı məkandır.Bu gün tarix sübut edir ki, Bağanıs-Ayrımda baş verənlər ermənilərin Azərbaycan torpaqlarında törətdiyi qətliamla yanaşı, analoqu olmayan bir faciə idi. Bu qətliamdan bizi 34 illik bir zaman kəsiyi ayırır. Belə …

Read More »

Azərbaycanda ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ölkə ərazisində ötən gün 23 kiloqrama yaxın narkotik aşkarlayıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 17,4 kiloqramdan artıq marixuana, 2,8 kiloqrama yaxın heroin, 2,4 kiloqrama yaxın tiryək, 310 qrama yaxın metamfetamin və 22 ədəd metadon həbi olub.

Read More »