hadisə

Şüvəlanda əl qumbaraları və partladıcılar aşkarlanıb

Bakı şəhərinin Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində əl qumbaraları və partladıcılar aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı …

Read More »

DTX: Lənkəranın icra başçısına sui-qəsd hazırlayan şəxs həbs edilib

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlayan şəxs həbs edilib. Bu barədə “Report”a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan, 1988-ci il təvəllüdlü Əskərov Bəhruz Əliməmməd oğlunun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları …

Read More »

Xankəndidə pulemyot, qumbaraatan və xeyli sayda silah-sursat tapılıb

Xankəndi şəhəri ərazisindən silah-sursat tapılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 21-də Xankəndi şəhəri ərazisindən 19 avtomat silahı, 1 pulemyot, 4 tapança, 3 tüfəng, 1 qumbaraatan, 10 qumbara, 47 patron darağı, 8602 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Oğuzda avtomat və qumbaralar aşkarlanıb

Oğuzda avtomat və qumbaralar aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə rayon ərazisindən 4 ədəd qumbara, 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha məxsus 30 ədəd patron və daraq aşkar olunub.

Read More »

Kəlbəcərdə silah-sursat və tank əleyhinə raket aşkarlanıb

Kəlbəcərdə silah-sursat aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 avtomat, 1 ədəd “Karabin”, 1 ədəd tank əleyhinə raket, 12 ədəd minaatan mərmisinin başlığı, 1 ədəd əl qumbarası və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.

Read More »

İranlı narkotacirlərə kuryerlik edən Cəlilabad sakinləri həbs edilib

İranlı narkotacirlərə narkokuryerlik edən Cəlilabad sakinləri həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosuna verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Zülfiqarov İsgəndər və Məlikzadə Hüseyn saxlanılıblar. Onlardan 11 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb. İranda yaşayan narkotacirlər …

Read More »

Xankəndidə xeyli silah-sursat aşkarlanıb

Xankəndi şəhəri ərazisindən xeyli silah və sursatlar aşkar olunaraq götürülüb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 1 avtomat silah, 1 tapança, 1 qumbara, 14 patron darağı, 950 ədəd müxtəlif çaplı patron, 1 ədəd süngü-bıçaq və digər sursatlar aşkarlanaraq götürülüb.

Read More »

Goranboyda ferma yandırılıb, 230 baş heyvan tələf olub

Goranboyda yerləşən fermalardan birini qəsdən yandırmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Məlumata əsasən, Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) fermalardan birində yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 230 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Araşdırmalarla yanğının qəsdən törədildiyi müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yanğın hadisəsinin Gəncə şəhər …

Read More »

Bakıda məşhur kafe bağlandı – FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Boyukmillet.com  FHN-ə istinadən xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 18 ünvanında yerləşən “Love City” kafesində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların …

Read More »

Xəzər dənizi vasitəsilə 29,7 kq narkotikin Azərbaycana gətirilməsinin qarşısı alınıb

Xəzər dənizinin cənub istiqamətində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb. Bildirilib ki, DSX-nin Sahil Mühafizəsinin texniki müşahidə məntəqələri tərəfindən aşkarlanmış hədəfin saxlanılması məqsədi ilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz …

Read More »