Cümə , 26 Aprel 2024

hadisə

Beynəlxalq axtarışda olan şəxs Macarıstandan Azərbaycana ekstradisiya edilib

Fevralın 3-də daha bir nəfər beynəlxalq axtarışda olan şəxsin Azərbaycana ekstradisiyası həyata keçirilib. Bu barədə  Ədliyyə Nazirliyindən məlumat verilib. Belə ki, etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətinin (Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi) törədilməsində ittiham edilmiş Əli Hüseynovun yeri Macarıstan Respublikasında müəyyən olunub və o, həbs edilib. Həmin şəxsin ekstradisiyası ilə …

Read More »

Bərdədə silah-sursat və narkotik vasitələr aşkarlanaraq götürülüb

Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq …

Read More »

Sabirabad Yol polisindən Qaziyə qarşı hörmətsizlik

Səlimov Talıb Abutalıb oğlu Qarabağ müharibəsi qazisidir. Sabirabadın Qaragüney kəndindəndir. Kəndlərinə gedən yolun üstündə qurulmuş polis postundakılarla arasında gərginlik yaranıb. Qazimizin anası dünyasını dəyişib. Talıbgilin həyətini,ətrafı səhmana salmaq üçün evlərinə bir neçə maşın çınqıl, qırma daş göndərilib. Bir maşının yükü boşaldılıb, qalan iki KAMAZ yük maşını isə Namiq adlı polis nəfərinin başçılıq etdiyi postdan buraxılmayıb. Deyiblər, bu materiallar yas məclisi …

Read More »

Bakıda avtomobildən 11 kiloqramdan çox narkotik aşkarlanıb

Bakının Nizami Rayon Polis İdarəsi əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunan Orxan Məmmədovun avtomobilindən 11 kiloqramdan çox narkotik aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Ondan 50 ədəd metadon həbi götürülüb. Polis əməkdaşları tərəfindən onun idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı isə oradan ümumi çəkisi 11 kiloqramdan artıq narkotik vasitə və 300 ədəd metadon həbi …

Read More »

Şirvan sakinindən “TT” markalı tapança müsadirə edilib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər törətdiyi müxtəlif cinayət əməllərinə …

Read More »

Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb

Lerik sakininin üzərindən və yaşadığı evdən narkotik aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Ağayev saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə 400 qram marixuana aşkarlanaraq götürülüb. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan …

Read More »

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb

Qubada avtomat satmaq istəyən şəxsdən narkotik aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonunda qeydiyyatda olmaqla Bakı şəhərində yaşayan, əvvəllər məhkum olunmuş Rasim Hüseynov saxlanılıb. Həmin şəxsin üzərindən satmaq məqsədilə gətirdiyi 1 ədəd “Kalaşnikov” markalı avtomat aşkar edilərək müsadirə edilib. Bundan başqa, həmin şəxsin …

Read More »

Qaxda narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilmiş əməliyyat zamanı rayon sakinləri – əvvəllər də xuliqanlıq və digər cinayətlərə görə məhkum olunmuş Mübariz Mustafazadə və onun qonşusu Firuz Yusifov saxlanılıb. Hər iki şəxsin üzərinə və yaşadıqları ünvanlara baxış keçirilən zaman …

Read More »

DSX: Ötən ay sərhəddə 934 min manatlıq qaçaqmal saxlanılıb

Qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirilmiş mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 934 min 715 manat оlan qaçaqmal, о cümlədən 1 ədəd “Glock” tapançası, külli miqdarda ABŞ valyutası, nərə balığı və tütün məmulatları saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir. Bundan başqa, narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 107 …

Read More »

Azərbaycandan çıxışı qadağan olunan 374 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 305 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2024-cü ilin yanvar ayının icmalına dair məlumatında bildirilir. Ölkədən çıxışı qadağan olunan 374 nəfərin ölkəni tərk etməsinin, girişi qadağan olunan 16 nəfərin ölkəyə daxil olmasının qarşısı alınıb.

Read More »