hadisə

Tərtərdə minaya düşən şəxslərin son durumu açıqlanıb

Fevral ayının 4-5-də Tərtər rayonunda minaya düşən Həsənəli Əlizadə və Azər Məmmədovun son durumu açıqlanıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, hər iki yaralı hazırda Bərdə rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar. Həkimlər onların vəziyyətini orta ağır və stabil kimi dəyərləndirirlər. Qeyd edək ki, fevralın 4-də Tərtər rayonu Qızıloba kəndi ərazisində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əlizadə Həsənəli Şahin …

Read More »

“Nikosayağı” kimi tanınan bloger məhkəmədə özünü təqsirli bilib

“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Boyukmillet.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttiham aktında göstərilib ki, hadisə ötən ilin avqustunda qeydə alınıb. Nicat Şakirli içkili vəziyyətdə idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin …

Read More »

Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə pulemyot, tapança, avtomat və qumbaralar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-də Xankəndi şəhəri ərazisində 1 ədəd pulemyot, 20 ədəd müxtəlif markalı avtomat silahı, 4 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 28 ədəd qumbara, 27 ədəd alışdırıcı, 122 ədəd patron darağı, 5775 ədəd müxtəlif çaplı patron və digər …

Read More »

Ötən gün Azərbaycanda 33 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 5-də ümumi çəkisi 33 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 15 kiloqramdan artıq heroin, 16 kiloqrama yaxın marixuana, 2 kiloqramdan çox metamfetamin, həmçinin 1010 ədəd metadon həbi olub. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Read More »

FHN qazanxanada baş vermiş partlayışla bağlı məlumat yayıb

Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən qazanxanada partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin operativ qiymətləndirilməsi zamanı qazanxanada partlayış hadisəsinin baş verdiyi, partlayış dalğasının təsirindən qazanxana binasının yararsız vəziyyətə düşdüyü müəyyən olunub. Həmçinin, yaxınlıqdakı binanın şüşələri …

Read More »

Bakıda qazanxanada partlayış baş verib, 10-dan çox avtomobilə ziyan dəyib

Bakının Yasamal rayonunda partlayış baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb. Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib. Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. …

Read More »

Xəzər rayonunda narkotiklə bağlı 48 nəfər saxlanılıb

Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən yanvar ayında keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan ümumilikdə 35 fakt üzrə 48 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  bildirilib ki, həmin şəxslərdən 4 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri əsasən sosial şəbəkələrdə tanımadıqları …

Read More »

Çexiya səfirliyi Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan şəxs barədə şərhdən imtina edib

Ermənistandan Azərbaycana keçmək istəyərkən saxlanılan Çexiya vətəndaşı barədə bu ölkənin Azərbaycandakı səfirliyi danışmaqdan imtina edib. Boyukmillet.com xəbər verir ki, “Report”un müvafiq sorğusuna cavab olaraq səfirlikdən məsələni şərh etmədiklərini bildiriblər. Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb. Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı …

Read More »

Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya vətəndaşı barədə DTX-də istintaq aparılır

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb. “Report”un əldə etdiyi məlumata əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub. Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.

Read More »

Həftəsonu Xankəndidə 27 silah aşkarlanıb

Fevralın 3 və 4-də Xankəndi şəhəri ərazisində 27 silah və sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, 2 ədəd avtomat silahı, 24 ədəd müxtəlif markalı tapança, 1 tüfəng, 7 qumbara, 5 alışdırıcı, 54 ədəd patron darağı, 1609 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »