Bazar , 19 May 2024

hadisə

Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat, tapança və qumbaralar aşkarlayıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 14-də Xankəndi şəhəri ərazisində aşkar olunan 8 ədəd müxtəlif markalı avtomat silahı, 3 tapança, 10 ədəd qumbara, 7 alışdırıcı, 1 tüfəng, 60 ədəd patron darağı, 4060 ədəd müxtəlif çaplı patron və digər sursatlar götürülüb. Həmçinin ötən gün …

Read More »

Sumqayıt sakinlərindən silah-sursat müsadirə edilib

Sumqayıt şəhər sakinlərində silah-sursat aşkarlanıb. “Report”un yerli bürosu xəbər verir ki, 1985-ci il təvəllüdlü Yaqub Malik oğlu Dadaşovun üzərində 1 ədəd “Kalaşnikov” markalı AKMS avtomatı, 1 ədəd daraq və 30 ədəd 5.45 mm güllə aşkar edilərək müsadirə edilib. Bundan başqa, Sumqayıt şəhər sakini 2002-ci il təvəllüdlü Əhmədov Mirzəqulu Akif oğlunun üzərində 1 ədəd “Kalaşnikov” avtomata aid patron tapılıb. Hər iki …

Read More »

Bakıda 5 ailə üzvünü öldürməkdə şübhəli bilinən şəxs həbs edilib

Ötən gün Bakıda 5 nəfər ailə üzvünün qətlində şübhəli bilinən Əhməd Əhmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Boyukmillet.com  xəbər verir ki, qərar Xətai Rayon Məhkəməsində hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda çıxarılıb. Qeyd edək ki, fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı …

Read More »

Ermənistan PUA-sı Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparmağa cəhd göstərib

Fevralın 14-ü saat 12:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstibulaq yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopterlə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı geri qayıtmağa məcbur edilib, təxribatın qarşısı alınıb.

Read More »

Azərbaycana 26 kq narkotik vasitə gətirən qaçaqmalçılar saxlanılıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə 26 kq narkotik vasitə gətirən şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş 1969-cu il təvəllüdlü Azər Qasımov və tanışı 1964-cü il təvəllüdlü Arif Əliyev saxlanılıb. Şəxslərin üzərindən və A.Əliyevin yaşadığı evdən 26 …

Read More »

Ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürülüb

Polis əməkdaşları ötən gün vətəndaşlardan 19 silah, 5 qumbara götürüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, fevralın 13-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 5 ədəd qumbara, 15 ədəd müxtəlif markalı tüfəng, 2 patron darağı və 83 ədəd patron təhvil götürüblər. Həmçinin, ötən gün keçirilən əməliyyat …

Read More »

Xankəndidə avtomat və qumbaralar aşkarlanıb

Polis əməkdaşları Xankəndidə avtomat və qumbaralar aşkarlayıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən tədbirlərlə fevralın 13-də Xankəndi şəhəri ərazisində 6 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 8 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd qumbara, 4 alışdırıcı, 50 ədəd patron darağı, 1770 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.

Read More »

Yardımlıdan Bakıya 53 kiloqram narkotik gətirmək istəyənlər saxlanılıb – FOTO

Yardımlıdan paytaxta 53 kiloqram narkotik vasitə gətirmək istəyən şəxslər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun Dəryavar kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Ramin Paşayev və Dəyanət Quliyev saxlanılıblar. R.Paşayevin idarə etdiyi “Vaz 21074” markalı avtomobilin yük yerinə keçirilən baxış zamanı 42 …

Read More »

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb

Sumqayıt şəhər internat tipli gimnaziyada mənimsəmə olub, cinayət işi başlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Elm və Təhsil Nazirliyinin Sumqayıt şəhər internat tipli gimnaziyanın vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla təhsil müəssisəsinin vəzifəli şəxslərinin 2021-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakını mənimsəməsi, vəzifə səlahiyyətlərindən …

Read More »

Ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik aşkarlanıb

Polis əməkdaşları ötən gün ölkə ərazisində 75 kiloqrama yaxın narkotik vasitə aşkar edərək götürüblər. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr, 4,4 kiloqramdan artıq heroin, 60 kiloqrama yaxın marixuana, 2 kiloqrama yaxın tiryək, 8,6 kiloqramdan çox metamfetamin olub. Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir.

Read More »