Çərşənbə axşamı , 30 Aprel 2024

hadisə

Ağsuda xeyli silah-sursat aşkar edilib

Ağsuda xeyli silah-sursat aşkar edilib DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, 1 ədəd qumbara, 346 ədəd patron, 2 ədəd avtomat darağı və 1 ədəd yivli “TOZ-8” markalı tüfəng aşkar olunub.Profilaktik tədbirlər zamanı isə vətəndaşlar müvafiq sənədləri olmayan 7 ədəd ov tüfəngini könüllü …

Read More »

İsmayıllıda dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, saxlanılan şəxs, rayon sakini Əflatun Mirzəyevin yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. O, ifadəsində narkotik tərkibli bitkiləri 1 ay əvvəl əkdiyini və aqrotexniki qaydada qulluq göstərdiyini bildirib. Faktla bağlı …

Read More »

Xankəndidə 8 silah və sursatlar aşkarlanıb

Ötən gün Xankəndidə 8 silah aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı, 2 tüfəng, 3 qumbara, 5 alışdırıcı, 44 patron darağı, 10 mərmi, 1690 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkarlanıb. Bundan başqa, ötən gün polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə respublikanın digər ərazilərində qanunsuz saxlanılan 1 tapança, 2 …

Read More »

Bakıda qapısı açıq qalan evdən 18500 manat oğurlanıb

Bakının Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb. Nəsimi RPİ-nin əməkdaşları tərəfindən …

Read More »

Tərtər və Ağdamda minaya düşənlərdən ikisinin vəziyyəti ağırdır

Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır. “Report”un Qarabağ bürosu xəbər verir ki, hazırda onların müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxananın cərrahiyyə şöbəsində davam etdirilir. Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir. Bundan başqa, ötən gün Ağdam …

Read More »

Ötən gün vətəndaşlardan 9 silah götürülüb

Ötən gün Azərbaycanda vətəndaşlardan 9 silah götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, aprelin 2-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb. Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı tədbirləri çərçivəsində paytaxt və respublikanın ayrı-ayrı rayonlarında …

Read More »

DİN: Axtarışda olan 48 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

Aprelin 2 -də ölkə ərazisində qeydə alınan 44, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Qeyd edilir ki, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 …

Read More »

23 nömrəli məktəbdəki dəhşətli hadisənin təfərrüatı: Müəlliməsini bıçaqlamaq istəyib – VİDEO

Nəsimi rayonu, 23 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi baş verib. Belə ki, məktəbin yeddinci sinif şagirdləri arasında mübahisə yaranıb. Nəticədə 13 yaşlı məktəbli qız sinif yoldaşlarından birini bıçaqlayıb. Baku TV-nin əməkdaşı sözügedən təhsil müəssisəsində olub, məsələni araşdırmağa çalışıb. “Qız müəlliməsini bıçaqlamaq istəyib. Bıçağı çıxarıb, oğlan onu arxadan tutmaq istəyəndə boğazından xəsarət alıb”, – məktəbli deyib. Hadisə ilə bağlı Daxili …

Read More »

ANAMA əməkdaşı Ağdamda minaya düşüb, vəziyyəti qənaətbəxşdir

Aprelin 2-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində 1 nəfərin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ağdam rayon prokurorluğu məlumat yayıb. Hadisə nəticəsində ərazidə mina təmizləmə işləri aparan Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Əliyev Xəyyam Qəmbər oğlu xəsarət alıb və istifadə olunan texnikaya maddi ziyan dəyib. Hazırda Xəyyam …

Read More »

Bibisi borc vermədi, evə girib 27 500 manatını oğurladı – FOTO

Lənkəranda bibisinin evindən külli miqdarda pul oğurlayan şəxs tutulub. Boyukmillet.com xəbər verir ki, rayon sakini olan qadın evindən 27 500 manatının oğurlanması barədə polisə məlumat verib. Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən qadının qardaşı oğlu Yusif Quliyev müəyyən edilərək saxlanılıb. Oğurlanan pullar Y.Quliyevdən aşkarlanaraq maddi sübut kimi götürülüb. Araşdırma zamanı məlum olub ki, saxlanılan …

Read More »