Çərşənbə , 10 Dekabr 2025

hadisə

Bakıda marketdə silahlı atışma olub

Bakıda marketlərin birində silahlı atışma olub. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Read More »

Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki,Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə hərəkətdə …

Read More »

Lənkəranda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəran rayonunun Cil kəndində iki avtomobil toqquşub, üç nəfər xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində iki sürücü və bir sərnişin xəsarət alıb. Yaralılar 1980-ci il təvəllüdlü Hüseyn Qəhrəman oğlu Ağayev, 2002-ci il təvəllüdlü Hüseyn Rəis oğlu Mirzəzadə və həmyaşıdı Cəfər Müqabil oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. …

Read More »

Qərargah rəisi: “FHN Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib”

Fövqəladə Hallar Nazirliyi Türkiyədə zəlzələ bölgəsində qarşısına qoyulan bütün tapşırıqları yerinə yetirib. Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-nin xüsusi riskli xilasetmə xidmətinin qərargah rəisi polkovnik Asif Məmmədli deyib. O bildirib ki, axtarış-xilasetmə işləri çərçivəsində 53 nəfəri dağıntılar altından sağ çıxarıblar ki, onlardan 17-si uşaq olub: “Həmçinin qruplarımız dağıntılar altından 174-ü uşaq olmaqla 780 meyit tapıb”. Qeyd edək ki, …

Read More »

İrandan Azərbaycana 62 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb, saxlanılan var

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz”, “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, Mart ayının 1-də saat 01:30-da Dövlət Sərhəd Xidmətinin “Göytəpə” sərhəd dəstəsinin və Dövlət …

Read More »

Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb

Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Read More »

Sumqayıtda Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayit Şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi …

Read More »

Hacı Şahin dünyasını dəyişib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – din xadiminin səhifəsində bildirilib. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin …

Read More »

Sumqayıtda vətəndaşların etibarındansui-istifadə edərək bankomat kartlarındanoğurluq edən şəxs saxlanılıb

Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Boyukmillet.com xəbər verir ki,bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra …

Read More »

Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb

Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.

Read More »