Cümə , 3 May 2024

hadisə

Şəmkirdə sirkə turşusundan zəhərlənən 62 yaşlı qadın ölüb

Şəmkir rayonunda qadın sirkə turşusundan zəhərlənərək dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, şəhər ərazisində 1960-cı il təvəllüdlü Z.Zamanova məlum olmayan səbəblərdən içdiyi sirkə turşusundan zəhərlənib. O, ağır halda xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Qusarda ikimərtəbəli ev yanıb

Qusar rayonunun Mucuq kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları yanıb. Boyukmillet.com xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Məlumata görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Read More »

Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var

Salyan rayonunda iki yük maşınları toqquşub, xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə yeni Ələt-Astara magistralının rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “KamAZ” markalı yük maşını qarşıda hərəkət edən digər “KamAZ”ın arxa hissəsinə çırpılıb. Nəticədə Masallı rayon sakinləri – 1995-ci il təvəllüdlü Ağayev Fuad Bəybəla oğlu və 1996-cı il təvəllüdlü Rəhimov Sədail Firdovsi oğlu müxtəlif …

Read More »

DYP: “Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır”

Bayram günləri polis gücləndirilmiş iş rejimində xidmət aparır. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, bayram günləri ilə əlaqədar vətəndaşlarımızın çimərlik zonaları istiqamətinə sıx hərəkətini nəzərə alaraq həmin ərazilərdə polis əməkdaşları tıxacların yaranmaması üçün avtomobillərin hərəkətini tənzimləyir, istirahətdə olan vətəndaşlarımızın təlükəsizliyini yüksək səviyyədə qorumaq üçün gücləndirilmiş iş rejimində …

Read More »

Baş Prokurorluq Bərdədə zorlama işi üzrə təqsirləndirilən şəxslə bağlı məlumat yayıb

“Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat Baş Prokurorluq tərəfindən qismən təkzib olunub. Məlumatda deyilir: “Bəzi media və sosial şəbəkə səhifələrində “Bərdədə 15 yaşlı qızı dəfələrlə zorlayan şəxsə prokuror 9 il həbs cəzası istəməsinə baxmayaraq məhkəmənin bəraət verməsi” ilə bağlı məlumat dərc edilib. Həmin məlumat tərəfimizdən qismən …

Read More »

Azərbaycan Ordusunun əsgəri həlak olub

Azərbaycan Ordusunun əsgəri həlak olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, iyulun 8-i saat 21 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bayramov Hüseyn Ruslan oğlunun ona təhkim edilmiş avtomat silahdan açılmış atəş nəticəsində ölməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

Read More »

Bərdə xəstəxanasında ana doğuşdan sonra ölüb 

Bərdə rayonunda ana doğuşdan sonra ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün baş verib. Bərdə rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilən Tərtər rayonu Əskipara kənd sakini, 24 yaşlı Əsədova Sahilə Natiq qızı qeysəriyyə əməliyyatından bir neçə gün sonra dünyasını dəyişib. O, iyulun 5-də uşaq dünyaya gətirmək üçün xəstəxanaya müraciət edib. S.Əsədova qeysəriyyə əməliyyatından sonra böyrək çatışmamazlığı diaqnozu ilə xəstəxanada …

Read More »

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub

Bakı sakini qardaşının həyətinə qumbara atıb, partlayış olub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə iyulun 8-də saat 1 radələrində Maştağa qəsəbə sakini R.İsakovun xuliqanlıq zəminində qonşuluqda yaşayan qardaşı Rəşadın həyətinə qumbara atması barədə məlumat daxil olub. Partlayış nəticəsində evin pəncərə şüşələri sınıb, divarı zədələnib, yerin beton örtüyü dağılıb, xəsarət alan olmayıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …

Read More »

Misir Mərdanov televiziyaları tənqid edib

Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Misir Mərdanov televiziyaları tənqid edib. Boyukmillet.com-un xəbərinə görə, o, ağsaqqallar və veteranların təmsil olunduğu qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunda çıxış edərkən deyib ki, televiziyalarda ailəsi olmayan ailədən, tərbiyəsi olmayan tərbiyədən danışır. “Bu hallara son qoyulmalıdır. Televiziyalara ağsaqqallar, ağbirçəklər dəvət olunmalıdır. Onlar milli-mənəvi dəyərlərimizi gənclərimizə aşılamalıdır. Bu məsələlər diqqətdə saxlanılmalıdır”, – M.Mərdanov bildirib.

Read More »

Bakıda 4 ədəd partlayıcı aşkarlanıb

Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərbi sursat aşkarlanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qeyd olunub ki, FHN-in “112” qaynar telefon xəttinə hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri …

Read More »