Cümə , 3 May 2024

hadisə

Bərdədə avtomobil 64 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bərdə rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb. Avtomobil yolu keçən 1958-ci il təvəllüdlü Hümbətov Namət Yüsif oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin və bədənin müştərək travması diaqnozları qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda yol qəzası olub, xəsarət alanlar var

Bakıda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Ümidli Ümid Eyyub oğlu və 1985-ci il təvəllüdlü Kazımov Namiq Duman oğlunun olduqları motosiklet avtomobillə toqquşub. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda 32 yaşlı qadını avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Zeynalova Laira Usbat qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

1 saylı “zon”un rəisi “oğru”lara yas mərasimi təşkil edib

Bu gün Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssisəsinin rəisi Emin Həsənov azərbaycanlı kriminal avtoritet Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı həbsxanada yas mərasimi təşkil edib və ehsan olaraq “çefir” (tünd çay) paylayıb. Yas mərasimində məhbusların 80%-i iştirak edib. Həbsxanada yas mərasimi təhlükəsiz keçsin deyə, E.Həsənov cəzaçəkmə müəssisəsinin bütün işçilərini səfərbər edib və onlara “düzül” əmri verilib. Əldə etdiyim məlumata görə, …

Read More »

Xaricdən Azərbaycana 19 kq-dan artıq narkotik gətirən şəxs saxlanılıb

Xaricdən Azərbaycana 19 kiloqramdan artıq narkotik gətirən şəxs saxlanılıb.Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Xeyirxah Kurabbaslı Səmədabad kəndi ərazisində tutulub. Həmin şəxsdən dövlət sərhədini qanunsuz olaraq keçməklə ölkəmizə gətirdiyi 19 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, o cümlədən, …

Read More »

Sumqayıtda onmərtəbəli yaşayış binasında yanğın olub

Sumqayıt şəhərində onmərtəbəli yaşayış binasının 1-ci və 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 1050 m² olan mağazanın anbarında karton taralar, taxta altlıqlar 10 m² sahədə, mağazanın 2-ci mərtəbəsində 2 ədəd pəncərə çərçivəsi, ərzaq malları 50 m² sahədə və 4 ədəd kondisioner yanıb. Boyukmillet.com xəbər verir ki, yüksək temperaturdan qonşu binanın 1-ci və 2-ci mərtəbəsində plastikdən ibarət 2 ədəd pəncərə çərçivəsi qarsalanıb. …

Read More »

FHN: “Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınların söndürülməsi davam etdirilir”

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır. Qeyd edək ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və …

Read More »

Bakıda 16 yaşlı qız itkin düşüb

Bakıda 16 yaşlı qız itkin düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. Belə ki, rayonun İsfahani küçəsi döngə 3, ev 3-də yaşayan 2006-ci il təvəllüdlü Nağıyeva Nəzrin Vüsal qızı avqustun 14-də yaşadığı evdən çıxaraq itkin düşüb. Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsində araşdırma aparılır.

Read More »

Xəzər dənizində batan şəxsin meyiti tapılıb

Xəzər dənizində batan şəxsin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, dənizdə (“Nardaran-2” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Read More »

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb. Boyukmillet.com xəbər verir ki, avqustun 16-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Read More »