Cümə , 3 May 2024

hadisə

Həzi Aslanov: “17 ildə 2 098 insan alveri və məcburi əməyə cəlb olunma cinayəti qeydə alınıb”

Ötən il 17 il müddətində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2 098 insan alveri və məcburi əməyə cəlb olunma cinayəti qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov deyib. Onun sözlərinə görə, həmin əməli törədən 617 nəfər məhkəmə məsuliyyətinə cəlb olunub: “İnsan alveri qurbanı …

Read More »

Gəncədə avtomobil maneə çırpılıb, 2 nəfər xəsarət alıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi olub. Boyukmillet.com xəbər verir ki, hərəkətdə olan minik avtomobilinin idarəetmədən çıxaraq maneə çırpılması nəticəsində nəqliyyat vasitəsində olan 1959-cu il təvəllüdlü G.Muxiddinova və 1957-ci il təvəllüdlü Ə.Osmanov xəsarət alıb. Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

İrandan Azərbaycana 26 kq narkotik keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 26 kiloqram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-dən məlumat verilib. Oktyabr ayının 2-də saat 03:14-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan sərhəd naryadı …

Read More »

Maqnit qasırğası daha iki gün davam edəcək

Növbəti iki gündə maqnit qasırğası davam edəcək. Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından  verilən məlumata görə, son üç gün ərzində Günəş aktivliyi yüksək səviyyədə olub. Günəş səthində aktiv oblastlarda radiosiqnalların orta təsirli – güclü kəsilmələrinə səbəb olan M və radiosiqnalların daha güclü kəsilmələrini yaradan böyük X1 alışmaları baş verib. Oktyabrın 1-də baş verən üç tac kütlə atılmasının analizi göstərib ki, …

Read More »

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli silah-sursat aşkarlanıb

Xocavənddə ermənilərin atıb qaçdığı xeyli sayda silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər nəticəsində 3 avtomat, 1 pulemyot, 48 əl qumbarası, 1 mərmi və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

DİN: Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər

Füzulidə minaya düşənlər nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçiblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin bu gün Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərində minaya düşərək ölən şəxslərlə bağlı yaydığı açıqlamasında qeyd olunub. DİN Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, dəfələrlə işğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar vətəndaşlara xəbərdarlıq …

Read More »

Füzulidə mina partlayışında xəsarət alan şəxsin vəziyyəti qənatbəxşdir

Füzulidə baş verən mina partlayışı zamanı xəsarət alan 1973-cü il təvəllüdlü Quliyev Bahadur Məhi oğlu xəstəxanaya çatdırılıb, vəziyyəti qənaətbəxşdir. Bu barədə  Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən bildirilib. Məlumata görə, onun həyati təhlükəsi yoxdur. Qeyd edək ki, 2022-ci 30 sentyabr tarixində Füzuli rayonunun işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə tank-əleyhinə minanın partlayışı baş verib. Təhlükəli …

Read More »

Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alınıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısını alıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb: “Dövlət Komitəsinin …

Read More »

DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”

“Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək”. Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib. O qeyd edib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: …

Read More »

Azad edilmiş ərazilərdə prokurorluq orqanları avtomobillərlə təchiz edilib, inzibati binaları təmir olunub

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanları nəqliyyat vasitələri ilə təchiz edilib, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu …

Read More »