Bazar ertəsi , 20 May 2024

hadisə

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb

Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Sumqayıtda 13 yaşlı oğlan itib – FOTO

Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd …

Read More »

Bakıda avtomobilində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Səbuhi Quliyev saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərindən 3 qram heroin aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Səbuhi Quliyevin idarə etdiyi avtomobildən ona …

Read More »

Azərbaycan-İran sərhədi pozulub, 2 nəfər saxlanılıb

Mart ayının 26-da saat 00:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Şatırlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhəd pozucuları texniki vasitələrlə nəzarətə götürülərək …

Read More »

Həftəsonu yol qəzalarında 3 nəfər ölüb

Həftəsonu Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, martın 25-26-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Read More »

Azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə daha 609 mina aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, martın 13-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 209, tank əleyhinə 400 mina və 469 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 1126 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törədən 18 erməni beynəlxalq axtarışdadır”

“Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır”. Bunu “Report”a açıqlamasında hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib. O qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşlarına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqı, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə …

Read More »

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb 

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman …

Read More »

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Read More »

Xaçmaz sakinindən fotolarını çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb

Xaçmaz sakininin əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 3 500 manat alan şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, martın 20-də Xaçmaz rayon sakini E.Kərimov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ötən il oktyabr ayında həmyerlisi A.Əlislamovun oğurluq məqsədi ilə həyətinə girməsini, onun əllərini bağlayıb fotoşəkillərini çəkərək yayacağı hədəsi ilə 5 …

Read More »