Çərşənbə axşamı , 7 May 2024

hadisə

Dünyamin Xəlilova daha bir cinayət işi açılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində daha bir cinayət işi başlanılıb. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin …

Read More »

Xaçmazda kanalda 1 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Read More »

Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinin həbs müddətinin uzadılmasına etiraz edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib. Boyukmillet.com-un xəbərinə görə, etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn …

Read More »

Ağdaşda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılaraq istintaqa təhvil verilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib. Qeyd edilib ki, şöbəyə Ağdaş şəhər sakini Rəmzi Soltanovun yaşadığı ünvanda çətənə kolları əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbir zaman o, şübhəli şəxs qismində saxlanılıb və …

Read More »

Sabirabadda İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinənlər saxlanılıb

Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən iki nəfər saxlanılıb, onlardan 13 kiloqramdan artıq narkotik vasitə götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan  verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini Fərid Muradov və Yolçubəyli kənd sakini Aydın Eyvazov saxlanılıblar. Həmin şəxslərin üzərinə və əllərində olan çantaya keçirilən baxış …

Read More »

Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evləri daşqına məruz qalıb

Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evi daşqına məruz qalıb. Boyukmillet.com xəbər verir ki, vilayətdə Dnepr çayının sol sahilində işğal altdakı ərazidə yaşayan Musa Topuyeva və Çingiz Həsənova məxsus evlər ilk gündən daşqına məruz qalaraq suda batıb. M.Topuyev və Çingiz Həsənovun özləri və ailələri ilə 2 gündür əlaqə yoxdur. Dnepr çayının sağ sahilində, azad edilmiş ərazidə yaşayan Əlirza Ağayevə məxsus ev …

Read More »

Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

Ağcabədidə çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir nəticəsində rayon sakini Səxavət Əliyevin narkotik tərkibli bitkilərin kultivasıyası ilə məşğul olduğu müəyyən edilib. Onun rayonun Poladlı kəndində yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı …

Read More »

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb

Salyanda narkotik vasitələrin satışı ilə məşğul olan iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri Habil Məcidov və Əfqan İlyasov saxlanılıblar. Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin aşkarlanıb. …

Read More »

Beynəlxalq axtarışa verilən 5 nəfər Azərbaycana ekstradisiya edilib

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, cinayətkarlıqla mübarizənin gücləndirilməsi, xüsusilə cəzanın labüdlüyü prinsipinin təmin edilməsi üzrə önəmli tədbirlər görülür. Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, bu sahədə beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilərək müxtəlif ölkələrlə ikitərəfli müqavilələr, Avropa, habelə MDB çərçivəsində çoxtərəfli konvensiyalar üzrə cinayət törətmiş şəxslərin təslim edilməsi (ekstradisiya), hüquqi yardım və digər sahələrdə effektiv …

Read More »

İrandan Naxçıvana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 6-da saat 23:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Naxçıvan” əlahiddə sərhəd diviziyasının Ordubad rayonunun Kotam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, ümumi çəkisi 31 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq …

Read More »