Cümə , 17 May 2024

hadisə

Bakıda 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul …

Read More »

Bakıda qadının çantasından pul oğurlanıb

Bakıda qadının çantasından pul oğurlanıb. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 17-də Bakı şəhər sakini olan bir qadının çantasından 100 manat və 800 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Hacıqabul rayon sakini Fuad Soltanov müəyyən olunaraq saxlanılıb. Faktla …

Read More »

FHN-in Gəncə Regional Mərkəzində zona birinciliyi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” X Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib. Boyukmillet.com xəbər verir ki, nazirliyin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin …

Read More »

Gəncədə xəstəxanada yanğın olub

Gəncə şəhərində xəstəxanada yanğın olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə 1 saylı Abbas Səhhət adına Xəstəxanada baş verib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri cəlb olunub. Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub. Faktla bağlı araşdırma aparılır

Read More »

Ucarda iki mikroavtobus qəza törədib, xəsarət alanlar var

Bakı-Qazax magistralının Ucar rayonunun Alpı kəndindən keçən hissəsində yol qəzası baş verib, xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, Bakı-Tovuz xətti ilə sərnişin daşıyan, Tovuz rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Abduləzim oğlu Məmmədov idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobusu sərnişin götürmək məqsədi ilə yol kənarında saxlayıb. Bu zaman Mingəçevir rayon sakini, 1986-cı il təvəllüdlü Cəmil Bayram oğlu Məmmədovun idarə …

Read More »

Şəmkirdə 5 kq-dan artıq narkotik satan və alan şəxslər saxlanılıb

Şəmkirdə narkotik satan və alan şəxslər saxlanılıb. Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Turab Həsənov saxlanılıb. Üzərindən “heroin” aşkarlanan şəxs narkotik maddəni “Miki” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində T.Həsənova narkotik maddəni 50 manata satan Şəmkir rayon sakini M.Zamanov saxlanılıb. Üzərindən müxtəlif bükümlərdə …

Read More »

Biləsuvarda eyni ərazidə iki yol qəzası olub, xəsarət alanlar var 

Biləsuvar rayonunda bu gün səhər saatlarında eyni ərazidə xəsarətlə nəticələnən iki yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hər iki hadisə rayonun Süd zavodu yaxınlığında qeydə alınıb. Bu qəzada 3 nəfər rayon sakini – 1989-cu il təvəllüdlü G.Rufullayeva, 1989-cu il təvəllüdlü T.İmanova və 2016-cı il təvəllüdlü D.Mirzəyeva xəsarət alıb. Digər avtoqəza zamanı “VAZ 2106” markalı minik avtomobili yolun kənarına …

Read More »

Biləsuvarda partlayışda yaralanan uşaqlardan daha biri Bakıya gətirilib

Biləsuvarda yaşayış binasında baş verən partlayış nəticəsində xəsarət alan uşaqlaran daha biri Bakıya təxliyə edilib. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı yaralanan 2009-cu il təvəllüdlü F.Əliyeva Biləsuvar Rayon Mərkəzi Xəstəxanasından Respublika Yanıq Mərkəzinə köçürülüb. Qeyd edək ki, daha əvvəl hadisə zamanı yaralanan onun bacısı da rayon xəstəxanasından paytaxt xəstəxanalarından birinə təxliyə edilib. Xatırladaq ki, partlayış ötən gün axşam saatlarında şəhər …

Read More »

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Aprelin 24-də baş verən yol qəzalarında 4 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, ölkənin avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Read More »

Ağcabədidə sursat aşkarlanıb

Ağcabədidə sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More »