Bazar , 19 May 2024

hadisə

Lənkəranın icra başçısının sabiq müavini həbs olunub

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub. Bu barədə “Report”un Cənub bürosu xəbər verir. Bildirilir ki, rayonun Gərmətük qəsəbəsi ərazisində təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Parakənd kənd sakini Xalid Rəhimovun idarə etdiyi avtomobil yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Onun içkili olduğu şübhəsi yarandığı üçün müvafiq müayinədən keçirilməli olduğu qeyd olunub. Lakin sürücü polis əməkdaşlarına müqavimət göstərib. …

Read More »

Nardaran və Bakıxanovda əməliyyat keçirilib, 75 nəfər saxlanılıb

aytaxtın Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov tutulub. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi …

Read More »

Azad edilən ərazilərdə daha 51 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 51 mina aşkarlayıb.ANAMA-dan Boyukmillet.com xəbər verir ki, mayın 29-dan iyunun 3-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 18, tank əleyhinə 33 mina və 49 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.Nəticədə 531,4 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »

Qarabağın erməni sakinləri sənədləri yoxlanıldıqdan sonra Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər – VİDEO – EKSKLÜZİV

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər. “Report”un əldə etdiyi videodan da göründüyü kimi, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların Xankəndi-Gorus istiqamətində rahat gediş-gəlişi təmin olunur. Sənədləri yoxlanıldıqdan sonra erməniəsilli şəxslərin sərbəst hərəkəti təmin edilir. Qeyd edək ki, 2020-ci …

Read More »

İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. “Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini …

Read More »

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri …

Read More »

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi ərazisində 2 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Nazirlikdən  bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran” sularda xilasetmə məntəqəsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə hava şarı üzərində batma …

Read More »

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb

Azərbaycan sərhədini pozan Əfqanıstan vətəndaşları saxlanılıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən bildirilib. İyun ayının 2-də saat 22 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan Əfqanıstan İslam Respublikası vətəndaşları Hevad Əsədziya Həbibulrəhman oğlu, Feyzi Əbdülbasid Əbdülzahir oğlu və …

Read More »

İtkin düşən 14 yaşlı Cəlilabad sakini Bakıda tapılıb

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb. Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib. Keçirilən axtarış tədbirləri nəticəsində P. Quliyevin Bakı şəhərində olduğu məlum olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

Read More »

Taksi görüntüsü yaradaraq narkotik satan “Prius” sürücüsü saxlanılıb

Taksi görüntüsü yaradaraq narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum edilmiş Kamran İsmayılov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış zamanı …

Read More »