Çərşənbə , 10 Dekabr 2025

hadisə

Xocalıda yük avtomobili su kanalına düşüb

Xocalı rayonunun Çanaqcı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov “Report”a bildirib ki, bununla bağlı Xocalı rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, Hüseyn Mövsümovun idarə etdiyi “Mercedes” markalı yük avtomobili yolun sürüşkən olmasına görə idarəetmədən çıxaraq …

Read More »

Şəmkirdə toyda 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Şəmkirdə 2 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun “Report”un Qərb bürosuna verdiyi məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə rayon sakini Məmməd Məmmədlinin və İntiqam Nərimanlının bıçaqla müxtəlif bədən xəsarətləri alması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış axtarış tədbirləri nəticəsində vətəndaşlara xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini …

Read More »

İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb

Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları – 2003-cü il təvəllüdlü Raja …

Read More »

Kamran Əliyev Sumqayıt prokurorunu vəzifəsindən azad edib

Sumqayıt şəhər prokuroru Müqəddəs Sultanov vəzifəsindən azad edilib. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb. Həmin vəzifənin icrası Sumqayıt şəhər prokurorunun müavini İsmayıl Abiyevə həvalə olunub. Məlumatı Baş Prokurorluğun Mətbuat Xidməti “Report”a təsdiqləyib.

Read More »

Bərdə polis şöbəsində yeni təyinat olub

Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsinə yeni rəis təyin edilib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə polis polkovnik-leytenantı Yusif Məhərrəmov təyin olunub. O, bu təyiata qədər həmin şöbədə müstəntiq vəzifəsində çalışıb.

Read More »

Qaxda avtomobil ağaca çırpılıb, sürücü ölüb

Qax rayonunda avtomobil ağaca çırpılıb, sürücü ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə səhər saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.Belə ki, 1963-cü il təvəllüdlü Şövkət Mənəf oğlu Yusifov idarə etdiyi “BMW” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı ağaca çırpılıb. Nəticədə​ sürücü ölüb. İlkin məlumatlara görə, sürücünün ürək tutmasından öldüyü ehtimal olunur. Faktla bağlı …

Read More »

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib

Bakıda qadından hədə-qorxu ilə pul tələb edilib. Boyukmillet.com xəbər verir ki, Suraxanı rayonu ərazisində bir nəfərin paytaxt sakini olan qadına hədə-qorxu gələrək 100 manatını və mobil telefonunu alması barədə polisə məlumat daxil olub. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Pərviz Bəşirov müəyyən olunaraq saxlanılıb. Faktla bağlı Suraxanı …

Read More »

Oğuzda kişi ov zamanı xəsarət alıb

Oğuzda kişi ov zamanı xəsarət alıb. Boyukmillet.com xəbər verir ki, fevralın 1-də rayonun Dəymədağlı kəndi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən Bərdə rayon sakini Hüseyn Cavadovun ehtiyatsızlıqdan tüfəngdən açdığı atəşdən Habil Abdullayevin xəsarət alması müəyyən olunub. Yaralıya xəstəxanada ilkin tibbi …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Yanvar …

Read More »

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb. Boyukmillet.com xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını …

Read More »