Azərbaycan Ordusunun hərbi qulluqçusu Kəlbəcərdə minaya düşüb. Boyukmillet.com xəbər verir ki, hadisə ötən gün Kəlbəcərin Ağcakənd kəndi istiqamətində baş verib. Azərbaycan Ordusunun müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu Ayxan Camalzadə minaya düşərək xəsarət alıb. O, hospitala yerləşdiirlib. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, faktla bağlı Kəlbəcər rayon Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya …
Read More »“Tərtər işi” üzrə 16 şəxs barəsində çıxarılan hökmlər ləğv edilib
“Tərtər işi” ilə bağlı 16 şəxs barəsində cinayət işi üzrə hökmlər ləğv edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılıb, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunmuş 16 şəxs barəsində 16 cinayət işi üzrə verilən apellyasiya protestləri təmin edilərək müvafiq hökmlər ləğv edilib, …
Read More »İranla sərhəddə 8 kq narkotik aşkarlanıb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Dövlət Sərhəd Xidmətindən (DSX) verilən xəbərə görə, aprel ayının 18-də saat 12:00 radələrində DSX Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən sərhədboyu zolağa baxış keçirilərkən kolluqların arasında …
Read More »Bakı sakinini döyüb 3800 manatını alıblar
Bakı sakininə qarşı quldurluq edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Qaradağ rayon Polis İdarəsinnin 11-ci Polis Bölməsinə müraciət edən Ələt qəsəbə sakini P.Məmmədov aprelin 14-də saat 2 radələrində yaşadığı evində döyülərək 3800 manat pulunun alınmasını və əllərinin iplə bağlanmasını bildirib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən İmişli rayon sakini A.Alıkişiyev və Səngəçal qəsəbə sakini …
Read More »Bakıda yeniyetməni bıçaqlayan şəxsə hökm oxunub
Bakıda yeniyetməni bıçaqlamaqda təqsirləndirilən Emil Kərimxanova hökm oxunub və o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Qeyd edək ki, hadisə ötən ilin mayında paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, E.Kərimxanov mübahisə zəminində yeniyetmə T.Behbudovu bıçaqlayıb. Yaralı təcili tibbi yardım briqadasının …
Read More »Bakıda qumbara aşkarlanıb
Bakıda əl qumbarası aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Bildirilib ki, “Qanun Nəşriyyatı”nın yanında təmizlik işləri aparan fəhlə əl qumbarası tapıb. Daha sonra hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Qumbara FHN-in mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Read More »Qazaxıstanda casusluqda şübhəli bilinən şəxslər saxlanılıb
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi casusluq, dövlətə xəyanət və qeyri-qanuni dövlət sirrini toplamaqda şübhəli bilinən, aralarında bir nəfər xarici vətəndaşın da olduğu bir qrup şəxsi saxlayıb. Boyukmillet.com-un “RİA Novosti“yə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb. “Milli Təhlükəsizlik Komitəsi casusluq, dövlətə xəyanət, dövlət sirrini qanunsuz toplama və açıqlamaqda şübhəli bilinərək, bir qrup şəxsi, o cümlədən xarici …
Read More »Kürdəmirin həbsdə olan icra başçısı istintaqda baş həkimlərdən pul aldığını etiraf edib
Kürdəmir Rayon İcra Hakimiyyətinin (RİN) həbsdə olan sabiq başçısı Ceyhun Cəfərovun ibtidai istintaq və məhkəməyə verdiyi ifadəsi məlum olub. Boyukmillet.com xəbər verir ki, o, dindirilən zaman elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilib. Ceyhun Cəfərov ifadəsində deyib ki, 16 aprel 2014-cü il tarixdən Kürdəmir RİH-in başçısı vəzifəsində işləyib, buna qədər isə (2011-2014) Tərtər RİH-in başçısı olub: “Birinci müavinim Tacəddin …
Read More »İstixanada narkotik yetişdirən Salyan sakini saxlanılıb – FOTO
Həyətində olan iki istixanada narkotik tərkibli bitkilər yetişdirən Salyan rayon sakini saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkiləri əkib-becərməkdə şübhəli bilinən Kərimbəyli kənd sakini Əmrah Rəhimov saxlanılıb. Onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan iki istixanadan xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmiş ümumi çəkisi …
Read More »Füzulidə xeyli silah-sursat aşkarlanıb – FOTO
İşğaldan azad edilmiş ərazilərin mina və digər partlayıcı vasitələrdən təmizlənməsi, erməni hərbi birləşmələrinin geri çəkilərkən atdıqları silah-sursatın yığılması məqsədi ilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən intensiv tədbirlər yerinə yetirilir.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının rayonun işğaldan azad edilmiş ərazilərində keçirdikləri növbəti tədbirlər nəticəsində müxtəlif silah-sursat aşkar edilib. Tapılan 9 avtomat, 1 …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
