Cümə , 5 İyul 2024

hadisə

Bakıda Uşaq Reabilitasiya Mərkəzində körpə ana südündən boğularaq ölüb

Bakıda körpə ana südü qəbul edərkən boğularaq ölüb. “Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 13-də paytaxt ərazisində yerləşən 1 saylı Uşaq Reabilitasiya Mərkəzində qeydə alınıb. Belə ki, Şəki rayon sakini, 2022-ci il təvəllüdlü M.Leylimov ana südü qəbul edərkən asfiksiyadan (boğulma) keçinib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Müdafiə Nazirliyinin keçmiş baş zabitinin istintaqı yekunlaşıb

Müdafiə Nazirliyinin (MN) Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi tədqiqatlar idarəsinin sabiq baş zabiti Zahid Niftəliyev barəsində istintaq yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə onun MN-in bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq rüşvət aldığı üzə çıxıb. İstintaq materiallarına əsasən Z.Niftəliyevin vəzifədə olan zaman əsgər mağazalarına himayədarlıq etdiyi, hərbi qulluqçuların …

Read More »

Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən şəxs saxlanılıb

Bakıda 3 nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altənda taksi fəaliyyəti ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyindən məlmat verilib. Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkar edilib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin …

Read More »

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib

Tofiq Yaqublu xəstəxanaya yerləşdirilib. Boyukmillet.com xəbər verir ki, həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.

Read More »

Masallıda fermadan qoyun oğurlayan həmkəndlilər saxlanılıb

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki fermalardan birindən 32 baş qoyun oğurlayan həmkəndlilər saxlanılıb. DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, gecə saatlarında G.Əliyevə məxsus Masallı rayonunun Bədəlan kəndində yerləşən fermadan ümumi dəyəri 10840 manat olan 32 baş qoyunun oğurlanması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış …

Read More »

Abşeronda altımərtəbəli yaşayış binası yanır

Abşeronda altımərtəbəli yaşayış binası yanır. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Belə ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində altımərtəbəli yaşayış binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.Əlavə məlumat veriləcək.

Read More »

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb

Güclü qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb, bəzi yaşayış məntəqələri işıqsız qalıb. Boyukmillet.com xəbər verir ki, Cəlilabad rayonunda güclü qar bir sıra fəsadlar törədib.Belə ki, rayonun bəzi yaşayış məntəqələrində qarın hündürlüyü 30 santimetrə qədər çatıb.Yerli sakinlərin sözlərinə görə, qar rayonun Buravar, Badamağac, Əsədli, Ləkin, Musalı, Şatırlı və digər kəndlərində avtomobillərin hərəkətində çətinliklər yaradıb.Qar səbəbindən Cəlilabad-Yardımlı yolu bağlanıb. Nəticədə sözügedən kəndlərin rayonla …

Read More »

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

Read More »

NİİM: “Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”

“Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətdində bildirilib. “Dünəndən etibarən paytaxt ərazisində qarlı hava şəraiti hökm sürür və bu gün də gecə saatlarında yolların buz bağlaması ehtimal olunur. Bu səbəbdən yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və …

Read More »

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Boyukmillet.com xəbər verir ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub. “Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik”, – məlumatda …

Read More »