Cümə , 5 İyul 2024

hadisə

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “Feysbuk dostlarımızdan biri narkotiklə əlaqəli verdiyi məlumat əsasında paytaxtda bir neçə nəfər saxlanılaraq məsuliyyətə cəlb edildi. Vətəndaş nümunəsi göstərən həmin şəxsə minnətdarlıq edirik”, – DİN rəsmisi qeyd edib.

Read More »

Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var

Qaxın Kötüklü kəndində “VAZ-2106” markalı avtomobil telefon dirəyinə çırpılıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Boyukmillet.com xəbər verir ki, hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı istiqamətdəki “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Quba rayon sakinləri – 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü …

Read More »

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib. Boyukmillet.com xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar. Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər. MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında …

Read More »

Göygöldə 16 yaşlı qız bıçaq xəsarəti alıb 

Göygöldə 16 yaşlı qız bıçaq xəsarəti alıb. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il A.V. qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More »

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub. …

Read More »

Gədəbəydə qızıl mədənində yanğın olub, 8 nəfər tüstüdən zəhərlənib

Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib. Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb: PUA qaldırılıb, sərhəd pozucusu yaralanıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 43 kiloqram 100 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Azərbaycan sərhədçiləri pilotsuz kəşfiyyat uçuş aparatından (PUA) istifadə edib, habelə sərhəd pozucularından biri yaralanıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Belə ki, yanvarın 5-də saat 09:53-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi yaxınlığında yerləşən …

Read More »

Astarada gənc oğlan nişanlısını bıçaqlayıb

Astarada gənc oğlan nişanlısını bıçaqlayıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, 22 yaşlı Mirisaq Mirvaleh oğlu Mirtalıbov şəxsi münasibətlər zəminində nişanlısı Səbinə Nicat qızı Qənbərovanı döyüb və ona bıçaqla xəsarət yetirib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Qənbərova cərrahi əməliyyata alınıb. Faktla bağlı araşdırma aparılır.

Read More »