Füzulidə mina axtarışları zamanı insana məxsus olması ehtimal edilən sümüklər aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, martın 1-i Füzuli rayonunun işğaldan azad edilmiş Qaraxanbəyli kəndi ərazisində mina-təmizləmə işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.
Read More »Sumqayıtda Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayit Şəhər İcra Hakimiyyəti ilə birgə Sumqayıt şəhər “Kimyaçı” Mədəniyyət Sarayının qarşısında 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda tədbir keçirib. Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi …
Read More »Hacı Şahin dünyasını dəyişib
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib. “Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək”, – din xadiminin səhifəsində bildirilib. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin …
Read More »Sumqayıtda vətəndaşların etibarındansui-istifadə edərək bankomat kartlarındanoğurluq edən şəxs saxlanılıb
Sumqayıt şəhərində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 250 manatı ələ keçirib. Boyukmillet.com xəbər verir ki,bu barədə kart sahibi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra …
Read More »Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb
Hövsanda ödəmə terminalından 6 minə yaxın pul oğurlanıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki marketlərin birinin qarşısından içərisində 5926 manat pul olan ödəmə terminalını oğurlamaqda şübhəli bilinən digər şəxs – Allahverdi Rzayev də müəyyən olunaraq saxlanılıb. Faktlarla bağlı araşdırma aparılır.
Read More »Ombudsman Mərakeşə gedib
Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Xocalı soyqırım anımının 31-ci ildönümü ilə əlaqədar mərasim təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Rabatda keçirilən mərasimdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Türkiyə Respublikasının Ombudsmanları, Mərakeş universitetlərinin nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Mohammed Faquiri və assosiasiyanın …
Read More »Mingəçevirdə həkim qadının qarın boşluğunda tənzif unudub, cinayət işi açılıb
Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb. Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb. Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən …
Read More »Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb
Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Boyukmillet.com-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla …
Read More »Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb, kompensasiya tələb olunur
Azərbaycan fevalın 27-də Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Ermənistan, hərbi …
Read More »Gəncə sakinlərində silah və narkotik aşkarlanıb
Gəncə sakinlərində silah və narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 …
Read More »