Bazar , 6 Oktyabr 2024

hadisə

Cəlilabadda 20 yaşlı gənc bıçaqlanıb

Fevralın 18- də saat 21 radələrində Cəlilabad rayonu ərazisində rayon sakini 2003-cü il təvəllüdlü Kənan İsmayılova bıçaq xəsarətləri yetirilməsi barədə polisə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, araşdırmalarla cinayət əməlini 2000-ci il təvəllüdlü Əkbər Quliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub. K.İsmayılov xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağırdır. Polis əməkdaşları tərəfindən Ə.Quliyev saxlanılaraq istintaqa təhvil verilib.Araşdırmalar davam etdirilir.

Read More »

Xəzər dənizində sərhədçilərin əmrinə tabe olmayan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var

Xəzər dənizində Azərbaycan sərhədini pozan şəxs qayığı gözətçi gəmisinə çırpıb, xəsarət alan var. Boyukmillet.com xəbər verir ki, Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir. Fevral ayının 17-də saat 23:40-da Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi tərəfindən Xəzər dənizinin Pirallahı istiqamətində Neft Daşlarına doğru sürətlə …

Read More »

Kürdəmirdə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Report”a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Vüsal İmaməliyev saxlanılıb. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan bir büküm narkotik vasitə olan heroin aşkar edilib. Dindirilmə zamanı V.İmaməliyev …

Read More »

Ucarda evə basqın etməkdə şübhəli bilinən əmi-qardaşoğlu saxlanılıblar

Ucar Rayon Polis Şöbəsinə rayonun Çiyni kəndi ərazisində yerləşən evlərin birinə iki nəfərin basqın etməsi, ev sahibinin əl-qolunu yapışqan lentlə bağlayaraq evdə olan 7 000 manat pulu aparması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli həmin kənd sakini Müşfiq Kərimov və onun qardaşı oğlu, Bakı şəhər …

Read More »

XİN: “Türkiyədə zəlzələ bölgəsində olan bir çox Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilib”

Türkiyədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Boyukmillet.com xəbər verir ki, qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. …

Read More »

Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib

Hatayda yerləşən Koordinasiya Mərkəzində toplantı keçirilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin bir qrupu bu gün Hatay bölgəsinə göndərilib. Bu çərçivədə, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Hatayda yerləşən Fövqəladə …

Read More »

Hərbi Prokurorluq: “Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır”

“Qaradağlı soyqırımını törətməkdə cinayətləri sübuta yetirilən 12 nəfər beynəlxalq axtarışdadır”. Bunu “Report”a açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib. O bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş sülh və insanlıq əleyhinə, eləcə də müharibə, terrorçuluq cinayətlərinin və digər cinayətlərin istintaqının aparılması, onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək qanunvericiliyə …

Read More »

Azərbaycan FHN-nin Türkiyəyə göndərdiyi xilasedicilərin sayı və yardımın həcmi açıqlanıb

Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən Türkiyəyə göndərilən xilasetmə və tibbi personal, humanitar yardımın siyahısı açıqlanıb. FHN-dən verilən məlumata görə, göndərilən yardımların siyahısı aşağıdakı kimidir: Xilasetmə və tibbi personal 760 nəfər, xilasetmə iti 8 baş, mobil səhra hospitalı (7 konteynerlə) 2 ədəd, xüsusi təyinatlı xilasedici nəqliyyat vasitəsi 3 ədəd, xadır (müxtəlif ölçülü) 2630 ədəd, qızdırıcı 707 ədəd, çarpayı …

Read More »

Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Baş Prokurorluğunun ekstradisiya haqqında vəsatəti Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib. Belə ki, Azərbaycan Respublikasının vətəndaşı Rəşad Xanmuradovun Qusar rayon polis şöbəsinin …

Read More »

Qaxda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cütlük saxlanılıb

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunmuşlar, rayon sakini Ramazan Balacayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Şükufə Hacıyeva saxlanılıb. Şəxsi axtarış …

Read More »