İyulun əvvəlində Murinoda qətl törədən 1981-ci il təvəllüdlü Tahir Ömər oğlu Kronov polis tərəfindən saxlanılıb. Sitat.info xəbər verir ki, adı çəkilən şəxs iyulun 6-sı 2023-cü ildə Lelinqrad vilayətində əslən azərbaycanlı olan 1985-ci il təvəllüdlü Ramil Mikayıl oğlu Rzayevi saat 00:00 radələrində evində tapanca ilə qətlə yetirib. Qatil 5 aydan çoxdur ki, hüquq mühafizə orqanları tərəfindən axtarışda idi. Qeyd edək ki, Tahir Kronov …
Read More »Cəlilabadda örüş sahəsindən tapança aşkarlanıb
Boyukmillet.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib. Qeyd olunan tədbirlər nəticəsində rayon sakini N.Abdullayev Günəşli kəndinin ərazisindəki örüş sahəsindən tapdığı 1 ədəd “Valter” tipli tapança və 5 ədəd patronu könüllü olaraq Cəlilabad RPŞ-yə təqdim edib. …
Read More »Gürcüstandan Azərbaycana pirotexniki vasitə və ratsiyanın qanunsuz gətirilməsinin qarşısı alınıb
Gürcüstandan Azərbaycana qanunsuz olaraq xeyli miqdarda pirotexniki vasitə və ratsiyanın gətirilməsinin qarşısı alınıb. Bu barədə Boyukmillet.com Dövlət Gömrük Komitəsinə istinadən məlumat verib. Bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında, Komitənin Tovuz Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerində ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən 32 472 ədəd müxtəlif adda …
Read More »22 il axtarışda olan sabiq deputat həbs edilərək Bakıya gətirilib-Məhkəmə isə…
Şəkildə gördüyünüz bu adam- Naxçıvan Ali Məclisinin sabiq deputatı Cəfərov İbrahim Mustafa oğludur. Əslən Kəngərli rayonunun Xok kəndindən olan bu şəxs 2002-ci ildən Azərbaycan Cinayət Məcəlləsinin 17 ağır maddəsi ilə rəsmən axtarışda olub. O, Bakı şəhərində törədilən bəzi cinayət əməllərinin təşkilatçısı kimi təqsirləndirilib. Çox imkanlı adam olub, el arasında Hacı İbrahim ləqəbi ilə tanınıb. Naxçıvan şəhərindəki Tütün Fermentasiya Zavodu, bir …
Read More »Azərbaycanda kanal rəhbəri saxlanıldı
İnternet TV-lərdən birinin rəhbəri kimi təqdim olunan Teymur Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb. Boyukmillet.com xəbər verir ki, dekabrın 11-də bir neçə vətəndaşdan daxil olan şikayətlər əsasında Teymur Kərimov barəsində Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq hərəkətləri aparılır. Məlumatı DİN-in mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı təsdiqləyib.
Read More »Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib
Ana həbsdə olan oğluna şampun qabının içərisində narkotik ötürmək istəyib. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb. Həbs edilmiş şəxs Nurlan Rəhim oğlu Məmmədliyə anası Telli Ənnağı qızı Məmmədovanın gətirdiyi sovqatdakı şampun qabının içərisində xüsusi üsulla gizlədilmiş bükülülərdə 0,266 qram heroin …
Read More »Goranboyda pirotexniki vasitə satan şəxslər saxlanılıb
Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri reyd zamanı 2 nəfər rayon sakinindən satdıqları partlayıcı pirotexniki vasitələr …
Read More »Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb
Masallıda avtomobil iki piyadanı vuraraq öldürüb. Boyukmillet.com xəbər verir ki, dekabrın 9-u saat 21 radələrində Masallı rayon sakini Qorxmaz Hüseynov idarə etdiyi “Toyota Corolla” markalı avtomobillə Lənkəran-Boradigah-Masallı yolunun Masallı rayonunun Qəzvinoba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən yolu keçmək istəyən piyadalar 2006-cı il təvəllüdlü İsa Cavadov və 2003-cü il təvəllüdlü İslam Əliyevi vurub. Hər iki piyada aldığı xəsarətlərdən hadisə yerində …
Read More »Ceyranbatanda mənzildə partlayış olub, yaralanan var
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzildə partlayış olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Abşeron Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 47m² olan üçotaqlı mənzilin eyvanında, ilkin ehtimala …
Read More »Narkotik həbləri Bakıya daşıyaraq satışını təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyən narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıblar. Onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar