Çərşənbə , 10 Dekabr 2025

hadisə

Metronun “Koroğlu” stansiyasının qarşısında qəza baş verib 

Heydər Əliyev prospekti, metronun “Koroğlu” stansiyasının qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb.

Read More »

Bakıda iş adamını qətlə yetirən şəxs saxlanıldı – SON DƏQİQƏ

Noyabrın 1-də saat 16 radələrində Xəzər rayonu Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Ruhulla oğlu Abdullayevin “Revolver” tipli tapança ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.  Boyukmillet.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev saxlanılıb. O, polisə gələrək təslim olub. Hadisə şəxsi …

Read More »

Azərbaycanda İranın radikal mərkəzlərinin tapşırıqlarını yerinə yetirən 9 nəfər ifşa edildi – FOTO

Azərbaycanda dini radikalizmin təbliğinə və pozuculuq fəaliyyətinə cəlb edilmiş şəbəkənin bir qrup üzvü polis əməkdaşları tərəfindən həbs edilib. Boyukmillet.com xəbər verir ki, doqquz nəfər şəxs narkotik aludəçilərini yardım adı altında əməkdaşlığa cəlb ediblər. Onlar ölkədə “kərimə dövləti” qurulmasını təbliğ ediblər. İrandan idarə edilən radikal dini-siyasi mərkəzlərin tapşırıqlarını yerinə yetirən şəxslərin məqsədi narkotik aludəçilərini, xurafata meylli şəxsləri öz çirkin niyyətlərinə alət …

Read More »

Bakıda evdən 15 000 dollar və 5 000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb

Bakıda evdən 15 000 dollar və 5 000 dollarlıq qızıl-zinət əşyaları oğurlanıb. Boyukmillet.com xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki mənzillərin birindən 15 000 ABŞ dolları və 5 000 dollar dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini olan qadın müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Hacıqabul rayonunda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində yerləşən YPX postunda “Ford transit” markalı avtomobil nəzarət qaydasında saxlayıb. Sürücü, Sumqayıt şəhər sakini S.Mustafayevin narkotik vasitənin təsir altında olması müəyyən olunduğundan barəsində protokol tərtib edilib. Eyni zamanda polis əməkdaşları avtomobilə baxış zamanı oradan …

Read More »

Bakıda 15 yaşlı piyadanı avtomobil vurub

Bakının Xəzər rayonununda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, Zirə qəsəbəsində avtomobil yolu keçən 15 yaşlı Ə.K-ni vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, Mirzəağa Əliyev küçəsində altımərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yanğın olması barədə ilkin məlumat daxil olub. Bu barədə “Report”a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Read More »

FHN müəssisə və təşkilatlara müraciət edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) radioloji-gigiyenik pasportların əldə edilməsinə dair müəssisə və təşkilatlara təkrar müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirir. Belə ki, müvafiq qanunvericiliyə əsasən, müəssisə və təşkilatların radiasiya təhlükəsizliyinə hazırlığının vəziyyəti hər il tərtib …

Read More »

Kürdəmirdə ağır yol qəzası: ölən və xəsarət alanlar var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alanlar var. Boyukmillet.com xəbər verir ki, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Kia” markalı minik maşını həmin yolda hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarına aşıb. Qəza zamanı avtomobildə olan bir nəfər ölüb, iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar dərhal …

Read More »

İrana işləyən daha bir “Kərbəlayi” həbs edildi

Azərbaycanda İranın molla rejimini təbliğ edən şəxslərə qarşı əməliyyatlar davam edir. Boyukmillet.com xəbər verir ki, bu barədə “Mouze” Teleqram kanalın məlumat yayıb. Həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən daha bir nəfər – Kərbəlayi Vilayət həbs edilib. Kərbəlayi Vilayət narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinir. Qeyd edək ki, ötən gün həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində molla rejimini təbliğ edən …

Read More »