Bazar ertəsi , 8 İyul 2024

hadisə

Əli Həsənovun baldızının keçmiş şirkəti Vüqar Səfərlinin işi ilə bağlı kassasiya şikayəti verib

“Portos” MMC ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin barəsində olan hökmdən kassasiya şikayəti verib. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat Ali Məhkəmədə keçirilən prosesdə elan olunub. Bildirilib ki, MMC maraqlı şəxs kimi Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Lakin həmin şikayətin mümkünlüyü yoxlanılmayıb. …

Read More »

Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi ilə bağlı qərar çıxarılıb

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyevin rütbədən məhrum edilməsi barədə qərar çıxarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, Mövlam Şıxəliyevin general-mayor rütbəsindən məhrum edilməsi barədə Prezidentə təqdimat göndərilib. Qeyd edək ki, məhkəmənin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə …

Read More »

Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyi Baş İstintaq İdarəsinin rəisi general-mayor Mövlam Şıxəliyev 12 il, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov 12 il 6 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərov isə 8 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər …

Read More »

Bakıda çağırışa gedən təcili tibbi yardım briqadasına bıçaqla hücum edilib

Bakının Nizami rayonunda çağırışa gedən təcili tibbi yardım briqadasının əməkdaşlarına bıçaqla hücum edilib. Boyukmillet.com xəbər verir ki, çağırış yerinə gedən təcili tibbi yardım avtomobilinin qarşısını naməlum şəxs kəsərək bıçaqla onlara xəsarət yetirmək istəyib. Bu zaman avtomobilin sürücüsü cəld tərpənərək hadisə yerindən uzaqlaşıb. Lakin naməlum şəxs bıçaqla avtomobilin yan şüşəsinə zərbələr endirib. Nəticədə nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Təcili tibbi yardımın …

Read More »

Baş Prokurorluqda Gömrük Komitəsinin işçiləri üçün təlimlər keçirilib

Dövlət Gömrük Komitəsinin təşəbbüsü ilə cari ilin sentyabr ayının 15-16-da gömrük orqanları tərəfindən aşkar edilən hüquqpozma faktları üzrə foto və videoçəkilişdən istifadə qaydalarının izahı, bu sahədə vahid təcrübənin və vərdişlərin formalaşdırılması mövzusunda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi əməkdaşlarının iştirakı ilə Elm-Tədris Mərkəzində təlimlər keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hər iki dövlət qurumunun birgə məlumatında qeyd edilib. …

Read More »

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb

Salyanda Türkiyə vətəndaşı faciəvi şəkildə ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə Ələt-Astara yolunun rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, Türkiyə vətəndaşı Süleyman Kurtuluş idarə etdiyi “Merdeces-Benz” markalı yük avtomobilinin təkərini dəyişmək üçün Ələt-Astara yolunda nəqliyyat vasitəsini qaldırıcı ilə havaya qaldırıb. O, avtomobilin təkərini dəyişərkən qaldırıcının hava təzyiqinin qəflətən boşalması nəticəsində avtomobilin qaz balonlarının altında qalaraq ölüb. Faktla bağlı Salyan …

Read More »

Laçında mərmi aşkarlanıb

Laçında mərmi aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Zerti kəndi ərazisində mərmi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Elçin Sadıqov ev dustaqlığına buraxılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar bu gün Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib. Qeyd edək ki, vəkilləri E.Sadıqovun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəmişdi. Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, …

Read More »

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb

Azərbaycandan İrana qanunsuz keçmək istəyən Şri-Lanka vətəndaşları saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidməti (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, sentyabrın 15-də saat 08:50-də DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun birinci Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozaraq Azərbaycandan İrana keçmə­yə cəhd edərkən 4 nəfər Şri-Lanka vətəndaşları, 2002-ci il təvəllüdlü İnthirakumar Dishanth, 1981-ci il …

Read More »

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü vəfat edib

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib. M.Əhmədova uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş. O, əvvəllər Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən “Samovar” abidəsinin müəllifi olub.

Read More »