Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

Ötən gün Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, avqustun 8-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Read More »

Sabirabadda narkotikə görə 13 nəfər saxlanılıb

Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 13 nəfər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Pərvin Nağızadə tutulub. Onun üzərinə keçirilən baxış zamanı 4 qramdan artıq, idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı isə 825 qram heroin …

Read More »

Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı yekunlaşıb

Xırdalanda anasını qətlə yetirməkdə təqsirləndirilən Orxan Hüseynzadənin cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, hadisə bu ilin fevralında Xırdalan şəhərindəki Heydər Əliyev prospektində baş verib. Belə ki, O.Hüseynzadə anası Mehriban Hüseynovanın üstünə bıçaqla …

Read More »

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlərin məhkəməsi başlayır

Şamaxıda qətl törətməkdə təqsirləndirilənlər Mahir Hacıyev və Tural Hacıyevin cinayət işi üzrə məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası avqustun 21-nə təyin edilib. Qeyd edək ki, bu ilin aprelində Şamaxı rayonu Mədrəsə qəsəbəsində 2005-ci il təvəllüdlü Hacıyev Ramin Zaur oğlunun iplə boğularaq qətlə yetirilməsi …

Read More »

Məhkəmə Qubad İbadoğlu ilə bağlı qərar verdi

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun ev dustaqlığına buraxılmaması ilə bağlı qərardan verilmiş şikayətə baxılıb. Boyukmillet.com xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda məhkəmə şikayəti əsassız hesab edib. Təqsirləndirilən şəxsin həbsinin davamına qərar verilib.

Read More »

İcra başçısının həbsi üçün ciddi əsas…

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyatdan sonra aparılan istintaq hərəkətləri bu rayonun icra başçısı Müstəqim Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnəcək. Boyukmillet.com xəbər verir ki, bir neçə gün əvvəl rayonda keçirilən əməliyyatda həbs edilən Tərtər rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin müdiri – baş memar Tofiq Kərimov istintaqa ilkin ifadəsində …

Read More »

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN-in apardığı kütləvi maarifləndirmə işlərinə baxmayaraq yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. …

Read More »

Hacıqabulda yol qəzasında 4 nəfər xəsarət alıb

Hacıqabulda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alıınıb. Hadisə nəticəsində Salyan rayon sakinləri, 1984-cü il təvəllüdlü Quliyeva Əsmər Sərdar qızı, 2007-ci il təvəllüdlü Quliyev İbadət Elşən oğlu, 2019-cu il təvəllüdlü Quliyev Uğur Elşən oğlu və 2008-ci il təvəllüdlü Hacıbalıyeva Aytəkin Saleh qızı …

Read More »

Goranboyda avtomobil aşıb, ölən var

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Veysli kəndi ərazisində qeydə alınıb. Babək Hüseynovun idarə etdiyi “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sərnişin, 1994-cü il təvəllüdlü Seymur Verdiyev hadisə nəticəsində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Read More »

İrandan Azərbaycana 73 kq narkotik vasitə gətirən dəstə üzvləri həbs olunub

İrandan Azərbaycana 73 kq narkotik vasitə gətirən mütəşəkkil dəstə üzvləri həbs olunub. Boyukmillet.com xəbər verir ki, İrandan Azərbaycana narkotik vasitələri qaçaqmalçılıq yolu ilə gətirən daha bir mütəşəkkil dəstə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilib. Bakı şəhəri ərazisində keçirilən əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Naiq Hacıyev, eləcə də əvvəllər məhkum olunanalar – 1990-cı il təvəllüdlü …

Read More »