Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları 2022-ci ilin ilk 10 ayı ərzində 905 kq-a yaxın narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarıb. Bu barədə Boyukmillet.com DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən xəbər verir. Gömrük sərhədindən narkotiklərin qanunsuz keçirilməsinin qarşısını almaq məqsədilə gömrük orqanları tərəfindən (o cümlədən digər hüquq-mühafizə orqanları ilə birlikdə) görülmüş qətiyyətli tədbirlər nəticəsində 10 ay ərzində narkotik vasitələrin, psixotrop …
Read More »MTN generalının cinayət işi yenidən Bakı Hərbi Məhkəməsinə qaytarılıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin keçmiş rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi olmuş polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin sabiq rəis müavini Sahib Ələkbərovun cinayət işi yenidən birinci instansiya məhkəməsinə qaytarılıb. Bu barədə M.Şıxəliyevin vəkili Arzu Cavadov məlumat verib. …
Read More »Bakıda mənzilə qumbara və qərənfil qoyan 19 yaşlı gənc saxlanılıb
Nəsimi rayonunda mənzillərdən birinə 1 ədəd “F-1” markalı qumbara və 1 ədəd qərənfil qoymaqla hədə-qorxu gələn şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunn 19 yaşlı Elgün Ocaqverdiyev tutulub. Ondan “F-1” markalı qumbarası aşkar olunaraq götürülüb. Araşdırmalar davam …
Read More »Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Beyləqandakı əməliyyatla bağlı məlumat yayıb. Dövlət Xidmətindən daxil olan məlumatda deyilir: “Vətəndaşların və sahibkarların əmlak hüquqlarının, qanuni maraqlarının qorunması, fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sistemli və davamlı tədbirlər həyata keçirilir. Əməkdaşlarının fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təmin edilməsi, neqativ halların aradan …
Read More »Prokuror Bakıda zavodda 24 il əvvəl qətl törədən şəxsə cəza istəyib
Prokuror Bakıda 24 il əvvəl qətl törətməkdə təqsirləndirilən Elnur Abbasovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qeyd edək ki, qətl hadisəsi 1998-ci il aprelin 26-da paytaxt ərazisində yerləşən Bakı Balıq hisləmə zavodunda qeyd alınıb. Belə ki, Bakı Balıq …
Read More »İrandan Azərbaycana 10 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb
Noyabr ayının 11-də saat 21:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən tədbirlər nəticəsində Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Sadıqov Orxan Yunis oğlu saxlanılıb və şəxsin üzərinə …
Read More »İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib
İran xüsusi xidmət orqanlarının yaratdığı casus şəbəkəsi ifşa edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat yayıb. Bildirilib ki, İran İslam Respublikası xüsusi xidmət orqanları nümayəndələrinin Azərbaycana qarşı həyata keçirdiyi kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması, yaradılmış casus şəbəkəsinin ifşa olunması istiqamətində DTX tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Xəzər Dəniz …
Read More »Prokurorluq: “Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib”
“Koronavirusdan ölən qadının işi ilə bağlı təkrar məhkəmə-tibbi ekspertizası təyin edilib”. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, vətəndaş Vüqar Sadıqovun, anası Asya Sadıqovanın ölməsi faktı əsasında Nizami rayon prokurorluğunda qeyri-obyektiv araşdırmanın aparılması barədə feysbuk sosial şəbəkəsindəki səhifəsində müraciəti yayımlanıb. “Bununla bağlı bildiririk ki, koronavirus infeksiyasından vəfat edənAsya Sadıqovanın həkimlər tərəfindən yalnış müalicə olunması barədə daxil olmuş …
Read More »Cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Bakıda cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Boyukmillet.com xəbər verir ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinərək 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş və hazırda 12 saylı Cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Ayxan Zamanova atası İlqar Zamanov tərəfindən gətirilmiş sovqata baxış keçirilib. Baxış zamanı orada olan tər əleyhinə vasitənin içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 1,21 qram …
Read More »“Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin cinayət işi prokurorluğa qaytarılıb
“Tərtər işi” üzrə təqsirləndirilən 8 nəfərin – Natiq Quluzadə, Nicat Rzayev, Zaur Abdullayev, Vəli Xəlilov, Emin Aibov, Yalçın Tarverdizadə, Orxan Babayev və Emil Əliyevin cinayət işi prokurorluğa qaytarılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a vəkil Rəsul Cəfərov məlumat verib. O bildirib ki, Gəncə Hərbi Məhkəməsinin hakimi Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə icraata xitam verilməsi barədə qərar …
Read More »