Bazar , 19 Yanvar 2025

hadisə

Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alınıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısını alıb. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb: “Dövlət Komitəsinin …

Read More »

DİN: “Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq”

“Bir qrup şəxs tərəfindən sentyabrın 30-da Milli Məclisin inzibati binası qarşısında Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış hər hansı aksiyanın və ya yürüşün keçirilməsinə cəhd edilərsə, bu qanunsuz hesab olunacaq və qarşısının alınması üçün zəruri olan bütün tədbirlər görüləcək”. Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyib. O qeyd edib ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq: …

Read More »

Azad edilmiş ərazilərdə prokurorluq orqanları avtomobillərlə təchiz edilib, inzibati binaları təmir olunub

İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanları nəqliyyat vasitələri ilə təchiz edilib, Şuşa, Xocavənd, Zəngilan, Kəlbəcər və Qubadlı rayon prokurorluqlarının fəaliyyəti üçün ayrılmış inzibati binalarda təmir işləri aparılıb. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən prokurorluq orqanlarının maddi-texniki təminatı ilə bağlı onu …

Read More »

Son 30 ayda prokurorluq orqanları dövlətə vurulmuş 130 milyon manat vəsaitin büdcəyə geri ödənilməsini təmin edib

2020-ci ilin mayından bu günədək ümumilikdə prokurorluq orqanları tərəfindən aparılan cinayət təqibi üzrə dövlətə vurulmuş ümumilikdə 130 milyon manata yaxın pul vəsaiti dövlət büdcəsinə geri ödənilib. Boyukmillet.com xəbər verir ki, bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib. O deyib ki, xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsi cinayət yolu ilə vurulan ziyanların ödənilməsi istiqamətində çox …

Read More »

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun …

Read More »

Oktyabrda Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimi keçiriləcək

Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” …

Read More »

Cəbrayılda qanunsuz ov edən şəxs saxlanılıb

Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayonun ərazisində qanunsuz ov edən Qubadlı rayon sakini Ş.Qəhrəmanov aşkarlanaraq saxlanılıb. Boyukmillet.com xəbər verir ki, həmin şəxsə məxsus 1 ədəd ov tüfəngi, 25 ədəd patron və ovladığı çöl quşları aşkar edilərək götürülüb. Faktla bağlı Cəbrayıl RPŞ-də araşdırma aparılır.

Read More »

Prokuror MTN generalına cəza istəyib

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinovun 12 il, və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev, Elman Tahirov və MTN-də əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun hər birinin isə 11 il müddətinə azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə …

Read More »

DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) Anım Günü ilə bağlı vətəndaşlara müraciət edib. İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report”un sorğusuna cavab olaraq bildirib ki, vətəndaşlarımız paytaxtın, xüsusilə II Fəxri və Şəhidlər xiyabanları və Dağüstü park istiqamətinə səfərlərin çox olacağını nəzərə alsınlar: “Bildiyiniz kimi, hər il sentyabrın 27-də Vətən müharibəsi şəhidlərinin Anım Günü ölkəmizdə qeyd olunur. Şəhidlərimizi dərin minnətdarlıq …

Read More »

Azad edilən ərazilərdə daha 190 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları zamanı ötən həftə aşkarlanan minaların sayını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, sentyabrın 19-dan 24-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 46, tank əleyhinə 144 mina və 267 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 457 hektar ərazi mina və partlamamış …

Read More »