Boyukmillet.com-un məlumatına görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib. Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) vəzifə verilib. A.Kərimov təşkilata üzv dövlətlərin müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və strukturlarla tərəfdaşlıq əlaqələrini gücləndirmək, ISESCO-nun dünya miqyasında təsirini artırmaq, proqramları dəstəkləmək üçün lazım olan maliyyə resurslarını səfərbər etməklə məşğul olacaq. …
Read More »Sabirabadda qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq silah-sursat saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun idarə etdiyi “VAZ-21011” markalı avtomobilə keçirilən baxış zamanı oradan “AKS-74U” markalı avtomat silah, 2 ədəd patron sandığı və 76 ədəd patron aşkar olunaraq götürülüb. Aparılan araşdırmalar zamanı saxlanılan şəxsin Saatlı …
Read More »Azərbaycanda İran xüsusi xidmət orqanlarının istəyi ilə “Kərimə” dövləti qurmaq istəyən şəxslər həbs edilib
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb. Boyukmillet.com məlumatı təqdim edir “İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşı respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə …
Read More »Yevlaxda saxlanılan 6 nəfərdən 2 kq-a yaxın narkotik götürülüb
Yevlax Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının son günlərdə keçirdiyi əməliyyatlar zamanı saxlanılan 6 nəfərdən ümumilikdə 2 kiloqrama yaxın narkotik vasitələr götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkumluq həyatı yaşamış, rayon sakini Ağadur Rəhimov saxlanılıb. Onun üzərində aparılan baxış zamanı çəkisi 1 kiloqram …
Read More »Azərbaycan sərhədini pozan şəxs əmrə tabe olmayıb, İrana qaçıb
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıb. Bu barədə Boyukmillet.com Dövlət xidmətindən məlumat verilib. Belə ki, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu və 1 nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb. Mayın 9-da saat 07:00 radələrində Sərhəd …
Read More »Qubada 6 kq-dan artıq narkotik aşkarlanıb
Qubada 6 kq-dan artıq narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar keçirilib. Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən Şamaxı rayon sakini Şahin Rüstəmov Quba rayonu ərazisində saxlanılıb. Həmin …
Read More »İrandan Azərbaycana 40 kq-a yaxın narkotik keçirilməsinin qarşısı alınıb
May ayının 10-da saat 20:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 3 ədəd bağlamada ümumi çəkisi 39 kiloqram 300 qram narkotik vasitə (37 kq 400 qram marixuana, 1 kq 900 …
Read More »Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb
Füzulidə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini olan Ə.M. saxlanılaraq idarə etdiyi avtomibillə birlikdə şöbəyə gətirilib. Onun avtomobilində müvafiq axtarış aparılarkən bir bükümdə psixotrop maddə olan metamfetamin götürülüb. Araşdırmalarla həmin şəxsin narkotiki pul qarşılığında Saminə adlı rayon sakinindən aldığı …
Read More »Beynəlxalq axtarışda olan şəxs ölkəmizə gətirildi
Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana ekstradisiya edilib. Boyukmillet.com xəbər verir ki, Baş Prokurorluğun vəsatəti əsasında Gürcüstanın Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Mehman Qasımovun ölkəmizə ekstradisiyası haqqında qərar qəbul olunub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə …
Read More »Bakıda 35 min 900 saxta ABŞ dollarını dövriyyəyə buraxmaq istəyən şəxs saxlanılıb
Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Bakı şəhərində saxta pul dövriyyəsini təşkil etməkdə şübhəli bilinən paytaxt sakini Nizami Quliyev saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, onun üzərinə baxış zamanı saxta 35 min 900 ABŞ dollar aşkar olunaraq götürülüb. Nizami Quliyev saxta əsginasları paytaxt ərazisində müxtəlif vasitələrdə dövriyyəyə …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
