Suraxanı Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi, eləcə də ərazi polis orqanlarının əməkdaşları tərəfindən son günlərdə Hövsan, Yeni Günəşli, Qaraçuxur, Bülbülə, Əmircan qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 9 nəfər – Vüsal Məhərrəmov, Əfqan Qədimov, Nazim Əsgərov, Polad Cəfərov, Elşən İsrafilov, Şahin Mustafayev, Zahid Məmmədov, Sergey Pimenov və Elman Nəzərov saxlanılıblar. Bu barədə Daxili …
Read More »Baş Prokurorluq: “Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb”
Ermənistanın Laçındakı təxribatı ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 15-i saat 8 radələrində Ermənistan Respublikası hərbi qulluqçularının Ermənistan Respublikası ərazisində yerləşən mövqelərindən Azərbaycan Respublikası Laçın rayonunun ərazisində yerləşən Laçın Sərhəd Nəzarət Məntəqəsində xidmət göstərən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına qarşı müxtəlif çaplı odlu silahlardan açdıqları atəşlər nəticəsində DSX-nin hərbi qulluqçusu, …
Read More »Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb olunub
Gömrük baxışı zamanı müsadirə edilmiş əmlakları ələ keçirən şəxs məsuliyyətə cəlb olunub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsləri barəsində həmin qurumdan Baş Prokurorluğa daxil olmuş materiallar üzrə araşdırma aparılan zaman “Capitals Auction” MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri ifşa edilib. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Anar Cəlilovun qeyd olunan …
Read More »Gənc cüdoçunu öldürməkdə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrum edilib
Şağan Olimpiya İdman Kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanova hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub. Xatırladaq ki, prokuror Rauf Malışov R.Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən …
Read More »Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib
Bakıda 74 yaşlı qadına qarşı soyğunçuluq edilib. Boyukmillet.com xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində iyunun 9-da M.Həsənov küçəsində 74 yaşlı bir qadının içərisində pulu, sənəd və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər xuliqanlığa görə məhkum olunmuş Elşən Babayev müəyyən …
Read More »İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı qolunu itirib
İmişlidə karxanada maşının təkəri partlayıb, şirkət əməkdaşı sol qolunu itirib. Boyukmillet.com xəbər verir ki, iyunun 12-si saat 17 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində yerləşən “Türkaz” MMC-yə məxsus qum-çınqıl karxanasında təmirçi işləyən 1990-cı il təvəllüdlü İlqar Qurbanov iş yerində təmir etdiyi nəqliyyat vasitəsinin təkərinin partlaması nəticəsində sol qolunu itirib. Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Read More »Abşeronda qanunsuz odlu silah gəzdirən şəxslər saxlanılıb
Abşeron rayonunda narkotiklərin satışını təşkil edən və üzərində qanunsuz olaraq odlu silah gəzdirən şəxslərin saxlanılması istiqamətində əməliyyatlar keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan – əvvəllər məhkum olunmuş Niyaz Babayev, Məhərrəm Nəhmətov və Məhərrəm Xasanov tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərdən ümumilikdə 8 kiloqram, o cümlədən 6 kiloqram narkotik …
Read More »Dünyamin Xəlilova daha bir cinayət işi açılıb
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində daha bir cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin vəzifəli şəxsləri ilə əlbir olaraq cinayət törətmiş Dünyamin Xəlilov və Azad Cavadovun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin …
Read More »Xaçmazda kanalda 1 nəfər batıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a FHN-dən bildirilib. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Read More »Ombudsman Ermənistanın əsir götürdüyü Azərbaycan hərbçisinin həbs müddətinin uzadılmasına etiraz edib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanı) Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş Azərbaycan hərbi qulluqçusunun həbs müddətinin uzadılmasına etiraz edib. Boyukmillet.com-un xəbərinə görə, etiraz bəyanatında xatırladılıb ki, 2023-cü il aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində itkin düşməklə Ermənistan tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar