Bazar , 19 Yanvar 2025

hadisə

General Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub – RƏSMİ

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovun ittiham olunduğu maddələr məlum olub. Boyukmillet.com xəbər verir ki, cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu və Əhmədov Ramil Bəşir …

Read More »

Baş Prokurorluq: “Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib

“Tərtər işi” ilə bağlı indiyədək 405 zərərçəkmiş şəxs müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə …

Read More »

“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib – RƏSMİ

“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib. Boyukmillet.com xəbər verir ki, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə …

Read More »

Baş Prokurorluq: “Tərtər işi”nə görə ölən şəxslərdən ikisi ilə bağlı qərar qanunsuzdur”

“Tərtər işi”nə görə ölən şəxslərdən ikisi ilə bağlı qərar qanunsuzdur. Boyukmillet.com xəbər verir ki, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılan cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Baş prokuror tərəfindən ləğv edilib və onlarla əlaqədar bütün …

Read More »

“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı 17-yə çatıb

“Tərtər işi” ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən şəxslərin sayı 17-yə çatıb. Boyukmillet.com xəbər verir ki, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza …

Read More »

“Tərtər işi” bağlı həbs edilmiş 19 nəfərin işinə Ali Məhkəmədə baxılacaq

“Tərtər işi” çərçivəsində həbs edilmiş 19 nəfərin işinə Ali Məhkəmənin Plenumunda baxılacaq. Boyukmillet.com xəbər verir ki, aparılan istintaq zamanı əldə edilən mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilən 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Baş prokuror tərəfindən yeni açılmış hallarla əlaqədar həmin …

Read More »

“Tərtər işi”: İşgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib

2017-ci ilin may-iyun aylarında “Tərtər işi” ilə bağlı işgəncələr nəticəsində ölən şəxslərdən birinin meyiti ekshumasiya edilib. Boyukmillet.com xəbər verir ki, əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilən şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya olunub və keçirilən məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq …

Read More »

Lerikdə baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb

Lerik rayonunda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Qeyd edək ki, hadisə sentyabrın 4-də rayonun Günəşli kəndində qeydə alınıb. …

Read More »

Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb

Şabranda 10 hektardan artıq ərazini yandıran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Belə ki, Şabran Rayon Polis Şöbəsinə müraciət edən DYMH-nin dispetçeri rayon ərazisində 10 hektardan artıq quru otlaq sahənin və kol-kos ərazinin yandırılması barədə məlumat verib. Hadisə yerinə cəlb edilən polis əməkdaşları yanğını törədən şəxsin rayon sakini Rizvan Cəfərov olduğunu müəyyən ediblər. …

Read More »

FHN: “Zaqatalada yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir”

Zaqatala rayonunun Yuxarı Tala kəndinin yüksək dağlıq ərazisindəki meşə sahəsində baş vermiş yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq FHN-in Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. Bundan başqa, Oğuz, Qəbələ və İsmayıllı rayonlarında da yanğının söndürülməsi istiqamətində işlər aparılır. Xatırladaq ki, avqustun 30-da Zaqatala rayonunun Yuxarı Tala …

Read More »