Ağcabədidə sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Qarqar çayının yatağından sursat aşkar edilib. Belə ki, oradan 4 ədəd qumabaraatan mərmisi, 88 ədəd avtomat patronu və 2 ədəd avtomata aid hissələr götürülüb. Faktla bağlı araşdırma aparılır.
Read More »Mart-aprel aylarında Suraxanıda narkotikə görə 60 nəfər saxlanılıb
Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli, Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov, İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl Süleymanov saxlanılıblar. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin, …
Read More »Lerikdə elektrik cərəyanı bir ailənin 4 üzvünü vuraraq öldürüb
Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb. İbtidai istintaq davam edir.
Read More »Bərdədə 30 yaşlı kişi güllələnib
Bərdə şəhərində 30 yaşlı kişi güllələnib. Boyukmillet.com xəbər verir ki, 1978-ci il təvəllüdlü Məmmədov Ruhi Süleyman oğlu, tanışı, 1993-cü il təvəllüdlü Məmmədov Elşad Əli oğlu ilə şəxsi münasibətlər zəminində mübahisə edib. R.Məmmədov mübahisə zamanı özü ilə gətirdiyi ov tüfəngi ilə E.Məmmədova atəş açaraq, ona xəsarətlər yetirib. O, bundan sonra hadisə yerindən qaçsa da, sonradan polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı …
Read More »İsmayıllıda zəlzələ olub
İsmayıllı rayonunda zəlzələ olub. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Yeraltı təkanlar yerli vaxtla saat 18:42-də İsmayıllı stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb. Maqnitudası 3,6 olan zəlzələ hiss olunmayıb.
Read More »Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb
Cəlilabadda ev quşlarını oğurlayan şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşlarının oğurluq etdiklərinə görə tutduğu Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ilin fevral ayında Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub. Faktla bağlı araşdırmalar davam etdilir.
Read More »Qanunsuz silah gəzdirən 4 nəfər saxlanılıb
Daxili işlər orqanları əməkdaşlarının ötən gün keçirilən tədbirlərlə qanunsuz odlu silah əldə etməkdə və gizlətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib. Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatovdan “Kalaşnikov” markalı avtomat silah aşkar edilərək götürülüb. …
Read More »Şəkidə 5 avtomobil toqquşub, xəsarət alan var
Şəki şəhərində 5 avtomobil toqquşub, xəsarət alan var. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a bildirilib ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Müşviq küçəsində qeydə alınıb. Belə ki, ərazidə 5 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib və yolun kənarındakı piyada, 1986-cı il təvəllüdlü Şəki şəhər sakini Polad Əmrahov müxtəlif dərəcəli bədən xəsarətləri …
Read More »Mərdəkanda kişi bıçaqlanıb
Xəzər rayonunun Mərdəkan qəsəbəsindən paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub. Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Read More »Yevlaxda həkimi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi məhkəməyə göndərilib
Yevlax rayonunda həkimi öldürməkdə təqsirləndirilən Daşqın Xəlilov, Fəxrid Allahverdiyev və Ramiz Məmmədovun cinayət işinin ibtidai istintaqı yekunlaşıb. Boyukmillet.com xəbər verir ki, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Xaliq Məmmədovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası mayın 4-nə təyin olunub. Qeyd edək ki, hadisə bu ilin yanvarında Yevlax rayonunda qeydə alınıb. 1993-cü il təvəllüdlü Daşqın Xəlilov, 2004-cü il …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
