Çərşənbə axşamı , 9 Dekabr 2025

hadisə

Sərhəddə təxribat törədən 4 erməni hərbçi məhv edilib

Ermənistan silahlı qüvvələrinin şərti dövlət sərhədində təxribat törədən zaman Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində 4 erməni hərbçisi ölüb, 6 nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib. Yaralananlar arasında Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyan da var. Qeyd edək ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri …

Read More »

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafadandır

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır. Boyukmillet.com xəbər verir ki, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub. Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

Read More »

Balakəndə üzərində “Kalaşnikov” gəzdirən, torpağın altında narkotik gizlədənlər ifşa ediliblər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərində odlu silah-sursat gəzdirən və narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirilib. Son 1 həftə ərzində bu istiqamətdə keçirilən əməliyyatlar nəticəsində qeyd olunan cinayətləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb , ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata …

Read More »

İsmayıllıda 24 yaşlı oğlan tüfənglə özünü öldürüb

Bu gün İsmayıllı rayonunun Talıstan kəndində intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, kənd sakini, 1999-cu il təvəllüdlü Musayev Məhəmməd Mütəllim oğlu yaşadığı evdə ov tüfəngindən özünə atəş açıb. Baş nahiyyəsindən güllə yarası alan M.Musayev hadisə yerində dünyasını dəyişib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. M.Musayevin özünə qəsd etməsinin səbəbi hələ ki, bilinmir. Faktla bağlı İsmayıllı rayon Prokurorluğunda …

Read More »

Bakıda sürücünün qarşısını kəsib hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb

Aprelin 6-da Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində avtomobilin qarşısının kəsilərək sürücüdən qanunsuz pul tələb edilməsi barədə polisə məlumat daxil olub. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilən əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən Bakı şəhər sakini Vahid Xələfov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

Read More »

İranlı narkotacirin dəstəsinə daxil olan 5 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti əməliyyat keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirən daha 5 nəfər – Hüseyn Osmanov, Eldəniz Quliyev, Elyanar İbrahimov, Xəyalə Abbasova və Elmir Məmmədov saxlanılıblar. Həmin şəxslərdən 3 kiloqrama yaxın heroin …

Read More »

Azərbaycan Ordusunun Laçın istiqamətində mövqeləri atəşə tutulub

Aprelin 7-si saat 13:20-dən 13:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

Bakıda narkotik satan daha 50 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyindən Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, araşdırma zamanı …

Read More »

FHN: “İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib”

İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib. Bu barədə FHN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib. Nəticədə inzibati …

Read More »

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib

Beynəlxalq axtarışa verilmiş şəxs Moldovadan Azərbaycana ekstradisiya edilib. Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib. Belə ki, Dövlət …

Read More »