Cümə axşamı , 19 Fevral 2026

hadisə

DİN və DSX Beyləqanda əməliyyat keçirib, 160 kq narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən birgə keçirilən daha bir xüsusi əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb. Bu barədə  DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Beyləqan rayonunda keçirilən tədbir zamanı paytaxt sakini əvvəllər məhkum olunmuş Tərlan Xasməmmədov saxlanılıb. Bu şəxsdən və onun sərnişin …

Read More »

Nərimanov rayonunda 59 yaşlı qadını avtomobil vuraraq ayağını sındırıb

Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, avtomobil yolu keçən 1964-cü il təvəllüdlü Əliyeva Zümrüd Ağa qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağının sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Bakıda 20 yaşlı motosikletçi qızı avtomobil vuraraq komaya salıb

Bakının Xətai rayonunda qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, motosikletlə kuryer işləyən 20 yaşlı Eliza adlı qız hərəkətdə olarkən avtomobillə toqquşub. Ağır xəsarətlər alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və müştərək travma diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Hadisənin …

Read More »

Bakıda yol qəzası olub, xəsarət alan var

Bakının Suraxanı rayonunda motosikletçini avtomobil vuraraq ağır xəsarət yetirib. Boyukmillet.com xəbər verir ki, Hövsan qəsəbəsində 1997-ci il təvəllüdlü Trequlev Rasim İlqar oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağtərəfli bud və əlin sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.

Read More »

Son 1 həftədə Bakıda narkotikə görə 17 nəfər saxlanılıb

Son 1 həftədə Bakıda keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 17 nəfər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Araşdırma zamanı müəyyən edilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılanların bir neçəsi əvvəllər də eyni cinayətlər etdikləri üçün, yəni narkotiklərin qanunsuz dövriyyəsini təşkil etdikləri üçün məhkum olunmuş şəxslərdir. Saxlanılanların üzərindən, yaşadıqları …

Read More »

Zaqatalada ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb

Zaqatala rayonunda ekoloji hüquqpozmalarla bağlı cinayət işi başlanılıb. Boyukmillet.com xəbər verir ki, rayonun Göyəm kəndi ərazisində qanunsuz ağackəsmə barədə vətəndaş müraciəti üzrə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı rayonunun Göyəm bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsində ümumilikdə 51 ədəd ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə 60 min manatdan artıq ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin …

Read More »

Xızıda avtomobil piyadanı vuraraq öldürüb – FOTO

Xızıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, qəza rayonun Giləzi qəsəbəsində qeydə alınıb. Belə ki, yolu keçmək istəyən 65 yaşlı Atlan Məmmədovu “Renault” markalı avtomobil vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycan gömrükçülərinin aşkar etdiyi 1 tona yaxın narkotik vasitə məhv edilib

Bu gün 1 964 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 646 kq 593 qram və 80 944 ədəd həb, müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr, eləcə də 39 031 ədəd çətənə bitkisi, həmçinin güclü təsiredici maddələr yandırılaraq məhv edilib. Boyukmillet.com  bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. Məlumata görə, proses aidiyyəti təşkilatların və kütləvi informasiya …

Read More »

Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub

“Gəncədə xəstəxanada baş vermiş yanğın zamanı 148 nəfər təxliyə olunub”. Bunu “Report”un Qərb bürosuna Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovniki Fuad Hüseynov deyib. O bildirib ki, Gəncə Şəhər Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınmış yanğın yerinə, 5 yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət və regional idarənin xüsusi riskli xilasediciləri cəlb edilib: …

Read More »

Bakıda 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıb

Bakıda 20-dən çox evdən oğurluq edən şəxslər saxlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən Binəqədi qəsəbəsi və ətraf ərazilərdə yerləşən evlərdən silsilə oğurluqlar edən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əhmədov saxlanılıb. Onun Binəqədi qəsəbəsində 12 evdən əsasən pul …

Read More »