Gəncə şəhərində yaşlı kişi evini benzin tökərək yandırıb. Boyukmillet.com xəbər verir ki, hadisə Gəncə şəhəri, Həmid Sultanov küçəsində yerləşən fərdi evlərin birində qeydə alınıb. Ev sahibi, 1949-cu il təvəllüdlü Ə.Fətullayev məlum olmayan səbəblərdən ümumi sahəsi 66 kv.m olan evinə benzin tökərək yandırıb. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birgə tamam yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin …
Read More »Cəlilabadda evdə yanğın başlayıb
Cəlilabad rayonunda fərdi yaşayış evi yanır. Boyukmillet.com xəbər verir ki, yanğın rayonun Uzuntəpə kəndində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Cəlilabad rayon Yanğından Mühafizə İdarəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hazırda yanğınsöndürmə işləri aparılır.
Read More »Gəncədə bank hesabından pul oğurlayan şəxs saxlanılıb
Gəncə şəhər sakinin bank hesabından pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Gəncə şəhər sakini, Ə.Rəcəbov Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, onun bank hesabından 369 manat oğurlanıb. Polis əməkdaşıarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, C.Əsgərov saxlanılıb. Qeyd edək ki, C.Əsgərov keçmiş məhkum olub. …
Read More »Ağstafada iki yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var
Ağstafa rayonu ərazisində ard-arda iki yol-nəqliyyat hadisəsi olub Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər xəsarət alıb. Digər hadisə isə 3 avtomobilinin iştirakı ilə baş verib. Zəncirvari avtomobil qəzası zamanı 1 nəfər xəsarət alıb. Hər iki qəzada xəsarət alanlar 1989-cu il təvəllüdlü S.Mukavadze, 1970-ci il təvəllüdlü S.Kərimova və daha bir nəfər xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırmalara başlanılıb.
Read More »Prokuror Vilyam Hacıyevə 13 il həbs cəzası və bütün əmlakının müsadirə olunmasını istəyib
Dövlət ittihamçısı İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin 13 il azadlıqdan mərhum edilməsini istəyib. Boyukmillet.com xəbər verir ki, bu, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan edilib. Bundan başqa, prokuror V. Hacıyevin 6 milyon 300 min manatlıq əmlak və pulunun dövlət nəfinə müsadirə olunmasını istəyib. İş üzrə növbəti məhkəmə prosesi …
Read More »VK sədri: “Qarabağda yaşayan, Azərbaycanın qanunlarını qəbul edən erməni əsilli vətəndaşlarımıza hüquqi yardım göstərməyə hazırıq”
“Qarabağ bölgəsində yaşayan, Azərbaycanın qanunlarını qəbul edən, erməni əsilli istənilən Azərbaycan vətəndaşlarımıza hüquqi yardım göstərməyə hər zaman hazırıq” Bunu “Report”a açıqlamasında Azərbaycan Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov deyib. O, Ermənistan tərəfinin destruktiv mövqe nümayiş etdirməsindən təəssüfləndiyini vurğulayıb: “Ermənilər Azərbaycan Konstitusiyasına uyğun vətəndaşlığı qəbul edərlərsə, qanunverici və digər orqanlarda təmsilçilikləri onların hüquqlarıdır. Yerli idarəetmə orqanlarında da fəaliyyət göstərmələrinə heç bir problem …
Read More »Özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxsə hökm oxunub
Bir neçə nəfərə dələduzluq etməkdə təqsirləndirilən Fuad Sadıxlıya hökm oxunub. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, F.Sadıxlı zərərçəkmiş Tahir Abdullayevə özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edib. O, həmin şəxsdən 20 min manat alaraq onun …
Read More »Bakıda avtomobillər toqquşub, xəsarət alanlar var
Bakıda iki avtomobil toqquşub. Boyukmillet.com xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sərnişinlər – 1988-ci il təvəllüdlü İskəndərova Səma Fəxrəddin qızı və 1965-ci il təvəllüdlü Bağırova Gözəl Zeynal qızı xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub
Abşeron rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb. 1987-ci il təvəllüdlü Kərimov Elman Fəxrəddin oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır.
Read More »Şəkidə sərnişin avtobusu 41 yaşlı qadını vurub
Şəki şəhərində piyadanın xəsarət alması ilə nəticələnən qəza baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes-Benz Sprinter” markalı sərnişin avtobusu yolu keçməyə çalışan 1981-ci il təvəllüdlü Röya Mustafayevanı vurub. Ağır xəsarət alan 41 yaşlı R. Mustafayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Read More »