Cümə axşamı , 19 Fevral 2026

hadisə

İrandan göndərilən narkotiklərin pulları ilə Azərbaycanda iğtişaşlar yaratmaq, “Kərimə” dövləti qurmaq istəyən “müqavimətçi dəstə” saxlanılıb

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirib. Boyukmillet.com xəbər verir ki, bu barədə hər üç dövlət qurumu birgə məlumat yayıb. Müəyyən …

Read More »

Neftçalada 56 yaşlı qadın intihar edib

Neftçala rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Yuxarı Qaramanlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Qasımova Gülnaz Hafiz qızı özünü yaşadığı evin həyətindəki talvardan asaraq intihar edib. İntiharın səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More »

Azərbaycanlı xilasedici Afrikanın ən hündür zirvəsini fəth edib, Azərbaycan bayrağını dalğalandırıb

Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Sima Səfərova 25-28 mart tarixlərində Afrika qitəsinin ən hündür nöqtəsi olan Kilimancaro dağının Uhuru zirvəsini fəth edib. Boyukmillet.com xəbər verir ki, Tanzaniyanın Aruşa şəhərindən Kilimancaro dağının Uhuru zirvəsinə yürüş edən S.Səfərova dəniz səviyyəsindən 5895 metr yüksəklikdə yerləşən zirvədə Azərbaycan bayrağını dalğalandırıb. Qeyd edək ki, Sima Səfərova Fövqəladə …

Read More »

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Bərdədə məktəbdəki qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu barədə Bərdə Rayon Prokurorluğundan məlumat verilib. Bərdə rayon Güloğlular kənd ümumi orta məktəbinin direktoru Tinatin Rzayevanın qanunsuz əməlləri barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsində 2015-2023-cü illər ərzində xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (qulluq …

Read More »

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Aprelin 4-ü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 16 kiloqram narkotik vasitə marixuana və 1300 ədəd Metadon M-40 psixotrop tərkibli həbləri aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More »

Goranboyda qəbiristanlıqda 4 dəfə atəş açılıb, saxlanılan var

Goranboyda odlu silahdan atəş açan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Rəhimli kənd qəbiristanlığında atəş səsləri eşidilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib və atəş açan şəxs tərkisilah edilib. İlkin araşdırmalar nəticəsində Rəhimli kənd sakini, əvvəllər məhkum olunmuş Qədir Şirinzadə …

Read More »

Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbiri seçilib

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı DTX İstintaq Baş İdarəsinin müstəntiqi tərəfindən verilən vəsatətlərə baxılıb. Boyukmillet.com xəbər verir ki, Səbail rayon Məhkəməsində hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə saxlanılanlardan üç şəxs barəsində 4 ay müddətinə, bir şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Xatırladaq ki, martın …

Read More »

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb

Azərbaycandan qanunsuz şəkildə İrana keçmək istəyən şəxslər saxlanılıb. Boyukmillet.com xəbər verir ki, aprel ayının 2-də saat 06:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun II Şahsevən kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd edən Göygöl rayon sakini Paşayev Azər Seyfəddin oğlu və Salyan rayon sakini Muradov Elnur …

Read More »