Cümə axşamı , 11 Dekabr 2025

hadisə

Bakıda zəncirvari qəza olub

Bakıda zəncirvari qəza olub. Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb. Belə ki, 2 “Toyota Prius” markalı avtomobillə 2 “Hundai Elektra” markalı maşın toqquşub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, avtomobillərə ciddi ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır. İlkin məlumata görə, “Toyota Prius” markalı maşınlardan birini idarə edən sürücü sərxoş vəziyyətdə olub.

Read More »

Neftçala rayon sakinlərindən külli miqdarda narkotik götürülüb 

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Neftçala Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri Ağakişi Süleymanov və Azər Mahmudov saxlanılıblar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan külli miqdarda narkotik vasitə aşkarlanıb. Belə ki, baxış zamanı A.Süleymanovdan 2 kiloqram 225 qram, A.Mahmudovdan …

Read More »

DSX: “Sərhədi pozmağa çalışan şəxslər saxlanılıb, 30 kq narkotikin keçirilməsinin qarşısı alınıb”

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən ümumi çəkisi 30 kiloqram 600 qram narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, “Xudat” və “Zaqatala” sərhəd dəstələrində isə dövlət sərhədini pozmağa cəhd göstərən 4 nəfər sərhəd pozucuları sərhəd naryadlarının …

Read More »

DTX: “Terror aktının törədiləcəyi barədə yanlış məlumat yayan şəxs müəyyən olunaraq saxlanılıb”

Sosial şəbəkələrdə Bakı Metropolitenində terror aktının törədiləcəyi ilə bağlı yayılmış və vətəndaşlar arasında ciddi narahatlığa səbəb olmuş səs yazısı barədə dərhal Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidməti məlumat yayıb. Faktla bağlı başlanılmış cinayət işi üzrə aparılan ibtidai araşdırma zamanı müvafiq səs yazısının Azərbaycan Respublikasının vətəndaşı, …

Read More »

Azərbaycan Ordusunun əsgəri odlu silahdan açılan atəş nəticəsində ölüb

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Hərbi prokurorunun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev deyib. Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi …

Read More »

İrandan Azərbaycana 61 kq-dan artıq narkotik keçirilməsinin qarşısı alınıb

Mart ayının 9-da saat 22:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisindən sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib. Ərazidə keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 61 kiloqram 810 qram …

Read More »

Masallıda polis əməliyyatı: bu şəxslər saxlanıldı – FOTO

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində son 1 ay ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Boyukmillet.com-a bildirilib ki, şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə qablaşdırılan külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb. Faktlarla bağlı Masallı RPŞ-də zəruri …

Read More »

Salyanda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Salyan rayonunda qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Boyukmillet.com xəbər verir ki, Masallı rayon sakini Etibar Məmmədovun ötən il noyabrın 18-də öldürülməsi faktı ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb. İbtidai istintaqla Müşviq İskəndərovun kəsici-deşici alətlə Etibar Məmmədova çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsi, daha sonra sonuncunun avtomobili ilə hadisə yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib. Bundan əlavə, …

Read More »

Azərbaycan vətəndaşının İranda itkin düşməsi ilə bağlı təfərrüat açıqlanıb, XİN araşdırmalara başlayıb

Almaniyada yaşayan Azərbaycan vətəndaşı 1997-ci il təvəllüdlü Fərid Səfərli İranda itkin düşüb. Boyukmillet.com xəbər verir ki, Fəridin anası bildirib ki, oğlu fevralın 20-də iki həftəlik İstanbula getmək adı ilə evdən çıxıb: “İrana səfəri barədə dostlarına əvvəldən məlumat versə də, mənim xəbərim olmayıb. Hər gün telefonla əlaqə saxlasaq da, həmin müddətdə İranda olduğunu bilməmişəm. Oğlumun təhsil aldığı Jena şəhərində yerləşən universitetdə …

Read More »

Saatlı sakinlərində silah-sursat aşkarlanıb

Saatlı sakinlərində silah-sursat aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat tədbirləri keçirilib. Tədbirlər nəticəsində rayon sakinləri D.Süleymanovdan və M.Hüseynovdan müvafiq sənədləri olmayan ov tüfəngləri götürülüb. Faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

Read More »