Bakıda kafeyə silahlı basqın olub. “Report”un xəbərinə görə, hadisə paytaxtın Biləcəri qəsəbəsində yerləşən “Aşıqlar” kafesində qeydə alınıb. Belə ki, həmin kafeyə müştəri qismində gələn 2 nəfər şəxs Məmmədov Səxavət Məhəmməd oğlunun üzərinə bıçaq çəkərək pul tələb edib və kassadan təxminən 40-45 manat məbləğində pul götürüb. Hadisəni törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Cəfərov Ricat Salman oğlu və 1996-cı il təvəllüdlü …
Read More »Fazil Mustafa Kliniki Tibbi Mərkəzə gətirilib, hazırda əməliyyat olunur
Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Boyukmillet.com xəbər verir ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub. Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
Read More »Qənirə Paşayeva: “Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq”
“Fazil Mustafaya qarşı silahlı hücumu qəti şəkildə qınayırıq. Dəhşətli bir cinayətdir. Əminəm ki, hüquq-mühafizə orqanları qısa zamanda bu hücumu sifariş edənləri və törədənləri aşkara çıxaracaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “Report”a Milli Məclisin deputatı Qənirə Paşayeva Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.
Read More »Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb
Millət vəkili Fazil Mustafaya qarşı baş verən silahlı hücumla bağlı cinayət işi başlanılıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov məlumat verib. O, bildirib ki, polis və prokurorluq əməkdaşları tərəfindən hazırda zəruri istintaq və əməliyyat axtarış tədbirləri həyata keçirilir.
Read More »Baş prokurorun birinci müavini və Bakı şəhər prokuroru Fazil Mustafanın güllələndiyi yerə gedib
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb. Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir. Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.
Read More »Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb
Sabirabadda 8 yaşlı uşağın meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Məmişlər kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü Cəfərov Siyasət Əlisəfa oğlunun meyiti yol kənarında aşkar edilib. Azyaşlının naməlum avtomobil tərəfindən vurulduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.
Read More »Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağı satıldığı aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Gəncədə aptekdə çaytikanı adı altında günəbaxan yağının satıldığını aşkarlayıb. Boyukmillet.com xəbər verir ki bu barədə AQTA-dan məlumat verilib. Agentlik əməkdaşları Gəncə şəhəri, Atatürk pr., ev 237/7 ünvanında yerləşən “Şəfa-Farm” firmasına məxsus aptekdə keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğunu aşkarlayıb. Baxış zamanı “SEL” MMC tərəfindən istehsal olunan “UM” və “Şəfa” əmtəə …
Read More »Ali Məhkəmə Vüqar Səfərlinin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib
Ali Məhkəmədə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərli, “Portos” MMC-nin direktoru Nadir Məmmədov və digər təqsirləndirilən şəxslərin kassasiya şikayətinə baxılıb. Bu barədə “Report”a V.Səfərlinin vəkili Hikmət Əliyev məlumat verib. Onun sözlərinə görə, məhkəmə V.Səfərli və iş üzrə digər ittiham olunan şəxslərin əmlaklarının müsadirə olunması ilə bağlı qərarı ləğv edib: “Əmlaklarla …
Read More »Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb
Mingəçevirdə itkin düşmüş 90 yaşlı kişinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, martın 16-da itkin düşən Mingəçevir şəhər sakini, 1933-cü il təvəllüdlü Eyvazov Əliş Məmmədhüseyn oğlunun meyiti bu gün səhər saatlarında Mingəçevir şəhəri ərazisində tapılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
Read More »Sumqayıtda 13 yaşlı oğlan itib – FOTO
Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. Onun əlamətləri belədir: Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar