Çərşənbə , 3 İyul 2024

hadisə

Şəkidə avtomobil aşıb, bir ailənin dörd üzvü xəsarət alıb

Şəki şəhərində bir ailənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, İkinci Biləcik kənd sakini, 1986-ci il təvəllüdlü Elvin Səlim oğlu Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı dərəyə aşıb. Nəticədə sürücü 36 yaşlı E.Rəhimov, onun həyat …

Read More »

Qəbələdə 23 yaşlı qız tüfəngdən atəş açaraq intihar edib

Qəbələ rayonunda intihar hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndində qeydə alınıb. Belə ki, 1999-cu il təvəllüdlü Aysun Valeh qızı Ədilova yaşadığı ünvanda təklüləli ov tüfəngindən ürək nahiyəsinə atəş açaraq intihar edib. 23 yaşlı A.Ədilovanın hansı səbəbdən özünü öldürməsi məlum deyil.

Read More »

DİN Bərdədə zibillikdə tapılan qadınla bağlı açıqlama yayıb

Daxili İşlər Nazirliyi (DİN) Bərdədə anlaqsız vəziyyətdə zibillikdən tapılan qadınla bağlı açıqlama yayıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a bildirilib ki, rayonun Qasımbəyli kəndində yolun kənarında anlaqsız vəziyyətdə qadın tapılaraq dərhal xəstəxanaya yerləşdirilib. Müayinə zamanı onun spirtli içkinin təsirindən anlaqsız hala düşdüyü müəyyən olunub. Hazırda qadının müalicəsi davam etdirilir.

Read More »

Qazaxda Belarus vətəndaşları arasında dava düşüb, xəsarət alanlar var

Qazax rayonunda Belarusun 3 vətəndaşı arasında münaqişə olub. Boyukmillet.com xəbər verir ki, hadisə Kür çayının qırağında qeydə alınıb. Belarus vətəndaşları içki məclisində iştirak edən zaman aralarında mübahisə yaranıb. Bu zaman onlardan ikisi digərini döyərək müxtəlif xəsarətlər yetiriblər. Xəsarət alan xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More »

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub

Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinə yeni rəis təyin olunub Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, bu vəzifəyə Rövşən Abdullayev təyin edilib.

Read More »

Bakı şəhərinə yeni prokuror təyin edilib

Bakı şəhərinə yeni prokuror təyin edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub. E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.  Kamran Əliyevin digər əmri ilə Baş prokurorun …

Read More »

Azərbaycan və Latviya minatəmizləmə üzrə mümkün əməkdaşlığı müzakirə edib

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi ilə görüşüb. Latviyanın Baş nazirinin müavini, müdafiə naziri Artis Pabriksi bildirib ki, qəbiristanlıqların minalanması məqsədyönlü şəkildə mülki əhaliyə qarşı edilən qeyri-insani əməllərin təzahürüdür. Görüş zamanı iki ölkə arasında minatəmizləmə sahəsində mümkün əməkdaşlıq imkanları üzrə fikir mübadiləsi aparılıb. İdarə Heyətinin sədri Vüqar Süleymanov 2022-ci …

Read More »

Zaqatalada vəzifəli şəxs barəsində cinayət işi başlanılıb

Zaqatala rayonunun Bəhmətli bələdiyyəsinin mühasibi barəsində cinayət işi başlanılıb. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Bəhmətli kənd bələdiyyə sədrinin qanunsuz əməllərinə dair rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb. Belə ki, istintaqla bələdiyyənin sədri Həsrət Musayevin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz qulluq səlahiyyətlərindən istifadə edərək bələdiyyə üzvlərinin adından saxta protokollar tərtib edilməsini …

Read More »

Bələdiyyə sədri cərimələnib

Polis orqanları tərəfindən sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 26-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində keçirdikləri tədbir zamanı sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsinə əməl edilməməsi aşkar edilib. İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və …

Read More »

Zakir Sultanovun cəzası azaldılıb

Mədəniyyət Nazirliyinin tabeliyində olan Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanovun cəzası azaldılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. Qərara əsasən, Z.Sultanovun 11 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 il 6 aya endirilib. Qeyd edək ki, Z.Sultanov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi …

Read More »