Azərbaycanın Mərakeş Krallığındakı Səfirliyi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Xocalı soyqırım anımının 31-ci ildönümü ilə əlaqədar mərasim təşkil edilib. Boyukmillet.com xəbər verir ki, Rabatda keçirilən mərasimdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri Nazim Səmədov, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə xanım Əliyeva, Türkiyə Respublikasının Ombudsmanları, Mərakeş universitetlərinin nümayəndələri, Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Mohammed Faquiri və assosiasiyanın …
Read More »Mingəçevirdə həkim qadının qarın boşluğunda tənzif unudub, cinayət işi açılıb
Mingəçevirdə xəstənin qarın boşluğunda tənzif unudan həkimlə bağlı cinayət işi açılıb. Bu barədə Mingəçevir Şəhər Prokurorluğundan məlumat verilib. Qeyd olunub ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında cərrahi əməliyyatın düzgün icra edilməməsi barədə müraciət əsasında şəhər prokurorluğuna araşdırma aparılıb. Araşdırma zamanı həmin tibb müəssisəsinin mama-ginekoloqu Leyla Cəfərova tərəfindən Aysel Qurbanovanın üzərində həyata keçirilən cərrahi əməliyyat zamanı qarın boşluğunda tənzif unudulmasına əsaslı şübhələr müəyyən …
Read More »Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb
Xətai rayonunda marketlərdə kassaları talayan şəxs saxlanılıb Xətai rayonunda yerləşən marketlərdən birindən oğurluq edilib. Naməlum şəxs kassanın nəzarətsiz qalmasından istifadə edərək orada olan 1000 manatı gizli olaraq talayıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Boyukmillet.com-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Əliəsgər İsmayılov saxlanılıb. Araşdırmalar zamanı həmin şəxsin eyni üsulla …
Read More »Azərbaycan Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb, kompensasiya tələb olunur
Azərbaycan fevalın 27-də Enerji Xartiyası Müqaviləsinə uyğun olaraq, Ermənistana qarşı dövlətlərarası arbitraj prosesi başladıb. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan tərəfi Ermənistana təqdim edilmiş Arbitraj Bildirişində 1991-ci ildən 2020-ci ilə qədər Ermənistanın ərazilərimizin 30 ilə yaxın qanunsuz işğalı dövründə Azərbaycanın enerji resursları üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan təzminat və maliyyə kompensasiyası tələb edib. Ermənistan, hərbi …
Read More »Gəncə sakinlərində silah və narkotik aşkarlanıb
Gəncə sakinlərində silah və narkotik aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) 2-ci Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində silsilə oğurluq hadisələri törədən Nicat Mehtiyev saxlanılıb. Şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, 3 …
Read More »Şirvanda vətəndaşlara əlillik təqaüdləri düzəldəcəyi vədi ilə aldadan şəxs həbs olunub
Şirvanda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Cavid Astanov saxlanılıb. Araşdırmalar zamanı məlum …
Read More »Azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 14 mina aşkarlanıb. ANAMA-dan verilən məlumata görə, fevralın 20-dən 25-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 0, tank əleyhinə 14 mina və 443 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 384 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Read More »Sosial şəbəkədə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram …
Read More »Ötən gün 21 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Polis əməkdaşlarının fevralın 24-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 3,3 kiloqramdan artıq heroin, 18 kiloqramdan çox marixuana, həmçinin 222 ədəd yüksək təsiredici xassəyə malik həblər olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Read More »ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib
ABŞ Azərbaycana daha 5 minaaxtaran it verib. Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib. Bildirilib ki, işğaldan azad edilmiş ərazilən bərpası və keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyatların genişləndirilməsi, maddi-texniki bazanın və potensialın artırılması istiqamətində işlər davam etdirilir. ABŞ Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
