Sabahdan nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yeni qaydalara əsasən, nəqliyyat vasitələrinin küləyə qarşı olan ön şüşəsinin yuxarı hissəsinə istehsalçı zavod tərəfindən quraşdırılmış günlüklərin hündürlüyü səviyyəsində, nəqliyyat vasitələrinin konstruksiyasında günlüklər nəzərdə tutulmadıqda isə 15-sm-dən çox olmamaq şərtilə plyonka çəkilməsinə yol verilir. Eləcə də nəqliyyat vasitələrinin …
Read More »Bakıda 2 kq-a yaxın heroin və metamfetamin aşkar edilib
Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha bir nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) məlumat verilib. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı Keşlə və “NZS” qəsəbələrində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüsal Zülfəliyev saxlanılıb. Bu şəxsdən 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar …
Read More »Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən və “Makarov” gəzdirən şəxs saxlanılıb
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq “Makarov” gəzdirən şəxs saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bubarədəDİN-in Mətbuat xidmətindən bildirilib. Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Tədbir zamanı paytaxt sakini Vüsal Əliyev …
Read More »Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib
Azərbaycan Türkiyəyə növbəti dəfə humanitar yardım göndərib. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Dövlət Sərhəd Xidməti tərəfindən qardaş ölkəyə növbəti dəfə ərzaq yardımı göndərilib.
Read More »Mina və digər partlayıcı vaistələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada …
Read More »Dövlət və bələdiyyə vəsaitlərinin mənimsənilməsilə bağlı 64 maliyyə yoxlaması keçirilib, 9 əmlak üzərinə həbs qoyulub
Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə edilməsi sahəsində baş vermiş hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi məqsədilə 2022-ci ildə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə Nazirliyi tərəfindən kompleks işlər görülüb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Bu dövr ərzində prokurorluq orqanlarının qərarı və Maliyyə Nazirliyinin təşəbbüsü ilə aparılan araşdırmalar üzrə 64 maliyyə yoxlaması keçirilib. Həmin yoxlamalara prokurorluq əməkdaşları, Maliyyə, Müdafiə, …
Read More »İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 42 kiloqram 650 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində fevral ayının 17-də saat 23:40-da Biləsuvar rayonunun Yuxarıağalı kəndi yaxınlığında 1 ədəd bağlamada ümumi …
Read More »Azərbaycan xilasediciləri Türkiyənin iki bölgəsində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər. Bu barədə nazirlikdən məlumat verilib. Bildirilib ki, FHN-in qüvvələri bu vaxtadək Kahramanmaraş və Hatay bölgələrində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından ümumilikdə 53 nəfəri sağ, 780 nəfərin isə cəsədini çıxararaq aidiyyəti …
Read More »Əcnəbi tərəfindən narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb
Xarici ölkə vətəndaşı tərəfindən pul müqabilində narkokuryerliyə cəlb edilən şəxsdən 15 kiloqrama yaxın narkotik götürülüb. Boyukmillet.com xəbər verir ki, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Fərid Əhmədov rayon ərazisində saxlanılıb. Ona məxsus çantaya keçirilən baxış zamanı təmiz çəkisi 14 kiloqram 340 qram marixuana, 510 qram heroin və 50 qramdan artıq metamfetamin aşkar edilərək …
Read More »Tərtərdə kişi və qadın öldürülüb
Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub. Tərtər rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar