Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, sərhədçilərə atəş açılıb. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan …
Read More »Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb
Masallıda avtomobilin vurduğu piyada Bakıda xəstəxanda ölüb. Boyukmillet.com xəbər verir ki, hadisə noyabrın 8-də Masallı-Yardımlıavtomobil yolunun Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1957-ci il təvəllüdlü İmanov Əlibaba Mirağa oğlu idarə etdiyi “UAZ 469” markalı avtomobillə hərəkətdə olarkən piyada, 1960-cı il təvəllüdlü Ağayev Zəfər Vəkil oğlunu vurub. Nəticədə piyada xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil …
Read More »Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb
Bakıda köşkə basqın edilib, satıcı bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, hadisə dekabrın 29-u, saat 03 radələrində Yasamal rayonu, Ş.Qurbanov küçəsində qeydə alınıb. Belə ki, Yahyayev Seymur Vidadi oğlunun satıcı işlədiyi köşkə naməlum şəxs yaxınlaşaraq içəri daxil olub. Həmin şəxs satıcının üz nahiyəsinə yumruq zərbəsi və sağ bud hissəsinə 1 bıçaq zərbəsi vuraraq kassada olan 1805 manat pulu götürüb uzaqlaşıb. S.Yahyayev …
Read More »Prokurorluq: “Bakıda sabiq bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib”
Bakıda sabiq bələdiyyə sədri 1,8 milyon manatlıq torpaq sahələrini ələ keçirməyə cəhd edib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Səbail bələdiyyəsinin sabiq sədri barəsində cinayət işi üzrə ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsində tamamlanıb: “Bəzi media qurumları tərəfindən Səbail bələdiyyəsinin sabiq sədri Hüseynov Əhməd Həsən oğlunun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə …
Read More »Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olunub
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət Bölüyünün əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücünün qanunazidd hərəkətlərinin qarşısı alınıb. Bu barədə “Report”a İdarədən məlumat verilib. Belə ki, Masallı rayon sakini Raqib Ağayevin idarə etdiyi “DAF” markalı, 99-KE-047 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi stasionar postda Ekoloji Nəzarət üzrə YPXB-nin əməkdaşları tərəfindən manevr etmə qaydasını …
Read More »Balakəndə çay kənarından silah-sursat tapılıb
Balakən rayonunun Xalatala kəndi ərazisində içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub. Boyukmillet.com xəbər verir ki, polis əməkdaşları tərəfindən dərhal ərazinin mühafizəsi təşkil edilib və həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də 1 ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan …
Read More »İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 10 kiloqram narkotikin gətirilməsinin qarşısı alınıb. Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabr ayının 25-də saat 23:25-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Araz Zərgər kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Keçirilən sərhəd axtarışı və əməliyyat …
Read More »İrandan qanunsuz şəkildə Azərbaycana keçmək istəyən Əfqanıstan vətəndaşları saxlanılıb
Dekabr ayının 17-də saat 02:06-da Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birlikdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Dələli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmuş 3 nəfər Əfqanıstan İslam Respublikası vətəndaşları saxlanılıb. Bu barədə DSX-nin Mətbaut Mərkəzindən məlumat verilib. Araşdırma zamanı saxlanılan …
Read More »Füzulidə azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub
Füzuli rayonunda azad edilmiş ərazilərə keçmək istəyən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib. Belə ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini Xəyal Quliyev idarə etdiyi avtomobillə rayonun işğaldan azad edilmiş ərazilərinə stasionar postlardan kənar yollarla daxil olmaq istəyərkən saxlanılıb. Yoxlamalar zamanı onun müvafiq icazəsinin olmadığı müəyyən edilib. X.Quliyev barəsində …
Read More »FHN kəskin hava şəraitinə görə əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Boyukmillet.com xəbər verir ki, FHN əhalini müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb. Qeyd olunub ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olur. Bu zaman elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı …
Read More »

Boyukmillet.com Biz yanmasaq vətən yanar
