Cümə axşamı , 19 Fevral 2026

hadisə

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb

Biləsuvar sakini tüfəngdən açılan atəş nəticəsində ölüb. Boyukmillet.com xəbər verir ki, yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

Read More »

NİİM: “Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”

“Paytaxtın enişli və yoxuşlu yollarında avtomobilin sürətini düzgün seçmək ən vacib məsələlərdəndir”. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) sürücülərə müraciətdində bildirilib. “Dünəndən etibarən paytaxt ərazisində qarlı hava şəraiti hökm sürür və bu gün də gecə saatlarında yolların buz bağlaması ehtimal olunur. Bu səbəbdən yola çıxan sürücülər son dərəcə ehtiyatlı olmalı və …

Read More »

Siyəzəndə iki polis zabiti dəm qazından boğularaq ölüb

Siyəzən rayonunda iki polis zabiti dəm qazından boğularaq vəfat edib. Boyukmillet.com xəbər verir ki, araşdırmalarla yanvarın 8-dən 9-na keçən gecə Siyəzən RPŞ-nin əməkdaşları, polis leytenantları – 35 yaşlı Elmir Əsgərov, 36 yaşlı Faiq İsgəndərovun kirayə yaşadıqları mənzildə dəm qazından boğularaq vəfat etmələri məlum olub. “Həmkarlarımızın vəfatından dərin təəssüf hissi keçirir, hər iki mərhumun ailəsinə başsağlığı veririk, səbr diləyirik”, – məlumatda …

Read More »

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb

Bakıda polis narkotik barədə məlumat əsasında bir neçə nəfəri saxlayıb. Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib. “Feysbuk dostlarımızdan biri narkotiklə əlaqəli verdiyi məlumat əsasında paytaxtda bir neçə nəfər saxlanılaraq məsuliyyətə cəlb edildi. Vətəndaş nümunəsi göstərən həmin şəxsə minnətdarlıq edirik”, – DİN rəsmisi qeyd edib.

Read More »

Qaxda avtomobil telefon dirəyinə çırpılıb, xəsarət alanlar var

Qaxın Kötüklü kəndində “VAZ-2106” markalı avtomobil telefon dirəyinə çırpılıb. Boyukmillet.com xəbər verir ki, hadisə nəticəsində 1999-cu il təvəllüdlü Kərimov Şəmsəddin Təmraz oğlu və 2002-ci il təvəllüdlü Süleymanzadə Nihad Akif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More »

Qubada iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakı-Quba yolunun 154-cü kilometrliyində, Qubanın Pirvahid kəndi ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Boyukmillet.com xəbər verir ki, hərəkətdə olan “Nissan” markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi qarşı istiqamətdəki “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində Quba rayon sakinləri – 1977-ci il təvəllüdlü Yaqubov Tərlan Teymur oğlu, 1991-ci il təvəllüdlü Seyidov Amil Rasim oğlu, Bakı şəhər sakini 1960-cı il təvəlludlü …

Read More »

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib

Ağsu dolaylarında yağan qar fəsadsız ötüşməyib. Boyukmillet.com xəbər verir ki, bəzi kiçiktutumlu avtomobillər hərəkət zamanı sürüşərək yolda qalıblar. Hazırda yolların qardan təmizlənməsi məqsədilə 4 nömrəli Magistral Yolları İstismarı MMC-nin ağır texnikaları və canlı qüvvəsi əraziyə cəlb olunub və yollara duz, qum səpərək dolaylarda avtomobillərin intensiv hərəkətinin tənzimlənməsi işlərini həyata keçirirlər. MMC-nin sahə rəisi Eldar İsrafilov sürücülərə təhlükəsizlik məqsədilə axşam saatlarında …

Read More »

Göygöldə 16 yaşlı qız bıçaq xəsarəti alıb 

Göygöldə 16 yaşlı qız bıçaq xəsarəti alıb. Boyukmillet.com xəbər verir ki, rayon sakini, 2007-ci il A.V. qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı yeniyetmə xəstəxanaya yerləşdirilib. Hadisənin hansı şəraitdə baş verdiyi hələ məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Read More »

İsmayıllıda 21 yaşlı qız itkin düşüb

İsmayıllı rayon sakini, 2002-ci il təvəllüdlü Ayişə Məmmədova ötən il dekabrın 26-da Ruşan kəndində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”a verilən məlumata görə, itkin düşən şəxsin boyu 160 sm, gözlərinin rəngi qəhvəyi, saçları isə sarıdır. Sonuncu dəfə evdən çıxarkən üzərində qara və sarı rənglərdə gödəkçə, qara şalvar və ağ idman ayaqqabısı olub. …

Read More »

Gədəbəydə qızıl mədənində yanğın olub, 8 nəfər tüstüdən zəhərlənib

Gədəbəydə qızıl mədənində mis emalı sexində elektrik naqilləri arasında yaranmış qısaqapanma nəticəsində yanğın baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə zamanı 8 nəfər tüstüdən zəhərlənib. Belə ki, 1982-ci ildə anadan olmuş Ayaz Ələsgərov, 1986-cı il təvəllüdlü Etibar Nəsibov, 1989-cu ildə anadan olmuş Elburus Alıyev, 1994-cü il təvəllüdlü Füzuli Muxtarov, 1979-cu ildə anadan olmuş Anar Abdullayev, 1983-cü il təvəllüdlü Anar Şirinov, …

Read More »