Bazar , 29 Sentyabr 2024

hadisə

Qubada yarım kiloqramdan çox narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Elman Qaraxanov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda – yəni, ümumi çəkisi yarım kiloqramdan …

Read More »

İsrailin Azərbaycandakı səfiri gecə klubundakı partlayışla bağlı paylaşım edib

İsrailin Azərbaycandakı səfiri Corc Dik gecə klubundakı partlayışla bağlı paylaşım edib. Boyukmillet.com xəbər verir ki, tviterdəki paylaşımda deyilir: “Bakıda baş vermiş faciəli partlayış məni çox kədərləndirdi. Həlak olanların ailələrinə İsrail xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə şəfa diləyirəm”.

Read More »

Bakıda gecə klubunda baş verən partlayışla bağlı cinayət işi başlanıb

Xəbər verildiyi kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya …

Read More »

Baş Prokurorluq: Bakıda partlayış zamanı 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb

“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.“Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər. Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir.İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, …

Read More »

Bakıda gecə klubunda partlayışın başvermə səbəbi məlum olub – RƏSMİ

Bakının Səbail rayonu, Tərlan Əliyarbəyov 9 ünvanında yerləşən gecə klubunda güclü partlayış propan qaz balonunun partlaması səbəbindən baş verib. Boyukmillet.com  xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib. “Təhlükəsizlik məqsədilə ərazidə təbii qazın təchizatı dayandırılmışdır. Dünyasını dəyişənlərə Allahdan rəhmət yaralılara isə şəfa diləyirik”, – R.Əliyev deyib.

Read More »

Bakıda narkotik və silah-sursat satmaq istəyən şəxslər tutulub

Bakıda narkotik və silah-sursat satmaq istəyən şəxslər tutulub. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı rayon ərazisində narkotiklərin satışı ilə məşğul olan Sahib Eldarov və Ramil Şükürov saxlanılıblar. Bu şəxslərdən külli miqdarda narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və elektron tərəzilər aşkar olunub. İdarə əməkdaşları tərəfindən …

Read More »

Baş Prokurorluq Naxçıvanda məktəbin uçması ilə bağlı məlumat yayıb

Baş Prokurorluq Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbin uçması ilə bağlı məlumat yayıb. Qurumun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir: “Martın 31-i saat 12 radələrində Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm qəsəbəsi 3 saylı tam orta məktəbində aparılan yenidənqurma işləri ilə əlaqədar binanın bir hissəsinin uçması nəticəsində Dövlət Şəhərsalma və Arxitektura komitəsinin Babək rayon …

Read More »

Bakıda döyüş sursatları aşkarlanıb

Bakıda döyüş sursatları aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan …

Read More »

Həbsdə olan oğluna narkotik keçirmək istəyən ana saxlanılıb

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə  Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla …

Read More »

Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adları açıqlanıb – SİYAHI

Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb. Dövlət Komissiyasından  bildirilib ki, Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir. Bu istiqamətdə aparılan növbəti tədbirlər …

Read More »