Bazar , 29 Sentyabr 2024

hadisə

Ukraynada azərbaycanlı zabit ağır yaralanıb 

Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğlu ağır yaralanıb. Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, …

Read More »

Çerniqovda 2 azərbaycanlı həlak olub

Ukraynada gedən müharibədə daha 2 azərbaycanlı həlak olub. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Rusiya Silahlı Qüvvələrinin Çerniqov vilayətinin Nosovka şəhərini artilleriya atəşinə tutması nəticəsində Ukrayna vətəndaşı olan 2 azərbaycanlı həlak olub. Bunlar 50 yaşlı Rauf Məmmədov və 35 yaşlı Ruslan Əhmədovdur. Onlar mülki vətəndaş olublar. Azərbaycanlılar ilə yanaşı şəhərdə xeyli ukraynalı da həlak olub.

Read More »

Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib

Göyçayda şirkətdən 10 min manatlıq oğurluq edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, rayonun Çayarxı kəndində yerləşən avtomobil təmiri sexindəki iki yük avtomobilindən ümumi dəyəri 15 000 manat olan mühərrik hissələrinin, eləcə də MMC-lərin birindən 10 000 manatlıq elektrik avadanlıqları və metal hissələrin oğurlanması barədə polisə müraciət daxil olub. Göyçay Rayon Polis Şöbəsinin …

Read More »

Azərbaycanda oyuncaq tapança ilə mağazaya basqın olub, 45 min manatlıq qızıl aparılıb

Göyçayda qızıl mağazasından 45 min manatlıq oğurluq edilib. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, zərəçəkən Rayon Polis Şöbəsinə müraciət edərək 45 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını və həmin naməlum şəxslərin ona silahla hədə-qorxu gəldiklərini bildirib. Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Bəydövül kənd sakini …

Read More »

Həbsdə olan qadına narkotik keçirmək istəyən qohumu saxlanılıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar Xidmətdən məlumat verilib. Bildirilib ki, Cinayət Məcəlləsinin 234.1-ci (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilən Elazə Şahin qızı Mustafayevaya qohumu, Lənkəran rayon sakini Murad Famil oğlu Həbibov tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan cins şalvarın …

Read More »

Bakıda avtomobil 8 yaşlı uşağı vurub

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Boyukmillet.com”un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Əliyeva Səma Namiq qızını vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.

Read More »

Bərdədə qanunsuz narkotik satışı ilə məşğul olan şəxs həbs olunub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və …

Read More »

Füzulidə 26 yaşlı gənc minaya düşüb

Füzulidə mülki şəxs minaya düşüb. Boyukmillet.com -un xəbərinə görə, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb. Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

Read More »

Ukraynada girov götürülən azərbaycanlı tələbədən yeni xəbər var

Ukraynada azərbaycanlı tələbə Hüseyn Abdullayevi girov götürən şəxslər onun yaxınları ilə əlaqə saxlayıblar. Bunu “Report”un Muğan bürosuna açıqlamasında H.Abdullayevin əmisi Cahin Abdullayev deyib. “Bu gün günorta saatlarında bir nəfər mənə zəng elədi və özünü Hüseyni girov götürənlərdən biri kimi təqdim etdi. Həmin şəxs bildirdi ki, Hüseyn yaxın 72 saat ərzində evində olacaq. Əlavə heç nə demədi”, – C.Abdullayev söyləyib. Qeyd edək …

Read More »

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidəki insanlar təhlükəsiz məsafəyə …

Read More »