Bazar , 29 Sentyabr 2024

hadisə

Baş prokuror 34 vətəndaşın müraciəti ilə bağlı göstərişlər verib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev martın 11-də Lənkəran rayon prokurorluğunun inzibati binasında Lənkəran, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edib. Bu barədə  Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, gül dəstələri …

Read More »

Ağdamda mövqelərimiz 28 dəfə atəşə tutulub

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, …

Read More »

MN: “Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub”

Martın 7-si saat 18:45-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam rayonunun Paprəvənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. “Bundan başqa, martın 8-i saat 07:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilid yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərimizi də …

Read More »

Bakıda 3 yaşlı körpəni avtomobil vurub

Bakıda 3 yaşlı körpəni avtomobil vurub. “Boyukmillet.com”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 2019-cu il təvəllüdlü Vəkilov Əli Telman oğlu yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

“Xarkovdakı fəxri konsulluğumuzun binasının vurulması yolverilməzdir, Azərbaycan bu cinayəti törədənlərdən izahat gözləyir”

“Təəssüflər olsun ki, Rusiya nüvə silahı istisna olmaqla hərbi potensialının bütün imkanlarından istifadə edərək Ukraynanı yerlə-yeksan etməkdədir. Rusiya tərəfindən rəsmi şəkildə yalnız hərbi obyektlərin vurulması ilə deyilən fikirlərin həqiqətlə heç bir əlaqəsi yoxdur”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Rusiya tərəfindən təkcə hərbi obyektlər deyil, uşaq bağçaları, məktəblər və …

Read More »

Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Goranboy, Tərtər, Ağdam və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri sutka ərzində müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə 23 dəfə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam …

Read More »

Tərtərdə silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçularının keçirdiyi növbəti tədbirlər zamanı Talış kəndi istiqamətində tərk edilmiş hərbi mövqedən silah-sursat aşkar edilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Boyukmillet.com”a verilən məlumata görə, Tapılan 1 pulemyot, 2 qumbara və 3000-dən artıq patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Read More »

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Martın 6-sı saat 08:40-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Xıdırlı və Çuxurməhlə yaşayış məntəqələri istiqamətlərində mövqeləri və bölməmizin yerləşmə məntəqəsi atıcı silahlardan atəşə tutulub. Bu barədə Boyukmillet.com Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. Hadisə ilə bağlı dərhal Rusiya …

Read More »

Paytaxtda ata və oğlu yol qəzasında xəsarət alıb

Bakıda iki avtomobil toqquşub, ata və oğlu yaralanıb. “Boyukmillet.com”un məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Ağ Şəhər yaxınlığında 1984-cü il təvəllüdlü Kərimov Elgün Arif oğlunun idarə etdiyi minik avtomobili qarşıdan gələn digər nəqliyyat vasitəsi ilə toqquşub. Qəza zamanı E.Kərimov və oğlu, 2014-cü il təvəllüdlü Kərimli Altay Elgün oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə …

Read More »

Hərbi prokurorun müavini vəzifəsindən azad edilib

Hərbi prokurorun müavini Rasim Kazımov vəzifəsindən azad edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, R.Kazımov prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə tutduğu vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Read More »